Xocalı faciəsi Bəstəkarlar İttifaqında anıldı
Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı faciəsinin 25 – ci illiyinə həsr olunmuş anım tədbiri keçirilib. İttifaqdan “Olaylar” –a verilən məlumata görə, tədbir iştirakçıları üçün öncə Xalq artisti Cövdət Haciyevin “Matəm” marşı“ səsləndirilib və”Xocalı faciəsinin qurbanlarının xatirəsinə bir dəqiqəlk sükütla yad edilib.
24 Fevral 2017 14:06 SosialAzərbaycan Bəstəkarlar İttifaqında Xocalı faciəsinin 25 - ci illiyinə həsr olunmuş anım tədbiri keçirilib. İttifaqdan "Olaylar" -a verilən məlumata görə, tədbir iştirakçıları üçün öncə Xalq artisti Cövdət Haciyevin "Matəm" marşı" səsləndirilib və"Xocalı faciəsinin qurbanlarının xatirəsinə bir dəqiqəlk sükütla yad edilib.
Çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə qeyd etdi ki, bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının əhəmiyyəti olduqca böyükdü. Xalqımızın yaşadığı Xocalı soyqırımı milli musiqimiz vasitəsilə də dünyaya çatdırılır. Bu baxımdan "Xocalı", "Xocalı laylası", "Xocalı uşaqlarına lay-lay", "Xocalı avazları", "Xocalı-613", "Xocalı naləsi" və başqa milli musiqi əsərləri dünyanın bir sıra ölkələrində ifa olunaraq müəyyən təbliğat vasitəsinə çevrilib.
Daha sonra anım mərasimində Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Tanınmış şair , Əməkdar incəsənət xadimi Abdulla Qurbani və digərləri çıxış etdilər.
Çıxışlardan sonra Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan , tanınş şair, Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü Abdulla Qurbaninin "Kül altından boy atacaq Xocalı" rekviyem-poeması nümayiş olunub. Əsərin bəstəkarı Azad Zahid, rejissoru isə Hikmət Əlisgəndəroğludu.