Abdolbari Goozala “Şöhrət” ordeni təqdim edildi
"Xəyal Adası" müasir yaşayış kompleksində "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozala "Şöhrət" ordeninin təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov,Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov da qatılıb. Təqdimat mərasimindən öncə "Azərsun Holdinq" in bu günə qədər keçdiyi yolu, şirkətin Azərbaycan iqtisadiyyatına töhvəsini əks etdirən film nümayiş olunub. Daha sonra Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Abdolbari Goozala "Şöhrət" ordenini təqdim edib. Təqdimat mərasimində çıxış edən Ə. Həsənov bildirib ki, “Azərsun Holdinq” sadəcə milli şirkət deyil. Bu şirkət sərhədləri adlamış, kifayət qədər yer tutaraq xarici bazarlarda rəqabətədavamlığı ilə bölgənin transmilli şirkətlərindən biri kimi tanınır.
24 Fevral 2017 14:11 Sosial"Xəyal Adası" müasir yaşayış kompleksində "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozala "Şöhrət" ordeninin təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov,Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov da qatılıb. Təqdimat mərasimindən öncə "Azərsun Holdinq" in bu günə qədər keçdiyi yolu, şirkətin Azərbaycan iqtisadiyyatına töhvəsini əks etdirən film nümayiş olunub. Daha sonra Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Abdolbari Goozala "Şöhrət" ordenini təqdim edib. Təqdimat mərasimində çıxış edən Ə. Həsənov bildirib ki, "Azərsun Holdinq" sadəcə milli şirkət deyil. Bu şirkət sərhədləri adlamış, kifayət qədər yer tutaraq xarici bazarlarda rəqabətədavamlığı ilə bölgənin transmilli şirkətlərindən biri kimi tanınır.
Çıxışına xatirələri ilə başlayan Abdolbari Goozal Azərbaycana gəlişindən, "Azərsun"un yaradılmasından, qarşılaşılan çətinliklər və əldə olunan uğurlar barədə danışıb və Ümumilli Lider Heydər Əliyev tərəfindən göstərilən dəstəkdən danışıb.
Qeyd edək ki, 2016-cı ilin dekabr ayının 28-də prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Abdolbari Goozalı "Şöhrət" ordeni ilə təltif edib.