PKK Türkiyənin F-16 qırıcısını vurdu – ŞOK İDDİA
PKK terror təşkilatı Diyarbəkrdə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısını vurub.
24 Fevral 2017 14:07 DünyaPKK terror təşkilatı Diyarbəkrdə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısını vurub. Bu haqda Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Tuncay Özkan deyib.
CHP-li millət vəkili PKK-da istiliyə həssas raketlərin olduğunu bildirib.
"Qəndildəkilərin hamısı Sincara getdi. PKK o bölgəni ələ keçirib. Doqquz düşərgəsinin olduğunu söyləyirlər. Həmin düşərgələrdə tank, yüngül zirehli texnika və daşınabilən istiliyə həssas raketlər var. Yalnız vertolyotları vurmurlar. Diyarbəkrdə bir F-16 qırıcımız vuruldu. Onu vuranın PKK olduğunu və daşınabilən istiliyə həssas raketlə vurulduğunu dünya mətbuatı yazdı", - deyə Tuncay Özkan vurğulayıb. Bu barədə Publika.az CNN Türk-ə istinadən xəbər verir.