Barak Obama Ukraynada dövlət çevrilişində ittiham edildi

ABŞ-ın Nyu-York və bir sıra digər şəhərlərində Ukraynadakı Maydan hərəkatının ildönümünə həsr olunmuş yürüşlər keçirilib. Aksiyaları Beynəlxalq Şiller İnstitutu təşkil edib.

ABŞ-ın Nyu-York və bir sıra digər şəhərlərində Ukraynadakı Maydan hərəkatının ildönümünə həsr olunmuş yürüşlər keçirilib. Aksiyaları Beynəlxalq Şiller İnstitutu təşkil edib.

Aksiyaların gedişində onun iştirakçıları yerli əhali arasında vərəqələr paylayaraq, həmin müraciətlərdə ABŞ-ın keçmiş prezidenti Barak Obamanı Kiyevdə zorla dövlət çevrilişinin təşkilində ittiham ediblər.

Aksiya iştirakçıları "Obama - həbsxanaya!" və "Bizim düşmənimiz Corc Sorosdur" yazılmış şüarlar qaldırıblar. Şiller İnstitutunun rəsmi nümayəndəsi Dayana Ser bildirib ki, bütün dünya 3 il öncə Kiyevdə əsl həqiqətdə nələrin baş verdiyini bilməlidir. Bu barədə Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31