ADMİU-da Xocalı faciəsi anıldı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib. Universitetdən “Olaylar” -  a verilən məlumatda bildirilir ki, tədbirdə iştirak edən universitetin professor-müəllim, tələbə heyəti bütövlükdə bəşəriyyətə qarşıtörədilən tarixi cinayət olan Xocalı faciəsində qətlə yetirilmiş şəhidlərin əzizxatirəsini bir dəqiqəlik sükut ilə yad ediblər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib. Universitetdən "Olaylar" -  a verilən məlumatda bildirilir ki, tədbirdə iştirak edən universitetin professor-müəllim, tələbə heyəti bütövlükdə bəşəriyyətə qarşıtörədilən tarixi cinayət olan Xocalı faciəsində qətlə yetirilmiş şəhidlərin əzizxatirəsini bir dəqiqəlik sükut ilə yad ediblər.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Fərəh Əliyeva Xocalı faciəsinin yalnız Azərbaycana deyil, bütün bəşəriyyətə qarşı törədilmiş vəhşilik olduğunu və bu soyqırımın gənclərin yaddaşına həkk edilərək, hər zaman anılmasının vacibliyini vurğuladı.

Tədbirdə  Universitetin tələbəsi Teatr sənəti fakültəsinin tələbəsi Ümman Budaqov (bədii qiraət) və Musiqi sənəti fakültəsinin tələbələri Azər Səlimov (xanəndə), Ağayar Xanlarov (tar), Cahandar Xanlarov (kamança) ifasında müəllifi Günel Anar qızına məxsus "Ataya məktub" əsəri əsasında, rejissoru Cəlal Kəngərli olan video materialın nümayişi ilə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31