“Milli Məclisin Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qərarlar havada qalır”

Olaylar.az xəbər veri ki, bunu Milli Məclisin iclasında millət vəkili Xanhüseyn Kazımlı deyib. X.Kazımlı bildirib ki, dünyanın hüquq mühafizə orqanları bu soyqırıma ikili standartlarla yanaşırlar: “Azərbaycan həmişə bu məsələni gündəmdə saxlasa da dünya dövlətləri və bir sıra beynəlxalq təşkilatlar bu soyqırımı öz adıyla çağırmaq istəmirlər.

Olaylar.az xəbər veri ki, bunu Milli Məclisin iclasında millət vəkili Xanhüseyn Kazımlı deyib. X.Kazımlı bildirib ki, dünyanın hüquq mühafizə orqanları bu soyqırıma ikili standartlarla yanaşırlar: "Azərbaycan həmişə bu məsələni gündəmdə saxlasa da dünya dövlətləri və bir sıra beynəlxalq təşkilatlar bu soyqırımı öz adıyla çağırmaq istəmirlər. Amma danılmaz faktdır ki, bu kimi yollarla ruslar və ermənilər zaman-zaman Azərbaycan ərazilərində "Ermənistan" adlı dövlət yaratdılar. Həmin siyasətin nəticəsidir ki, ermənilərin işğalı altında olan Sərsəng su anbarı qəzalı vəziyyətdədir. Həmin su anbarı dağılsa, bundan minlərlə insan təhlükə qarşısında qalacaq. Yəni ermənilərin davamı edən işğalçılıq siyasəti bu gün də Azərbaycan üçün təhlükədir. Amma biz güclənirik, biz aprel döyüşlərində də sübut etdik ki, qaçqınları istənilən an öz yurdlarına qaytarmağa hazırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31