“Azərbaycan Türkmənçay müqaviləsindən bu yana həmişə xarici dövlətlərin nizamlı ordularına qarşı savaşmalı olub”

Olaylar.az xəbər verir ki, bunu millətm vəkili Siyavuş Novruzov Milli Məclisin iclasında deyib. S.Novruzov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi də bu hücumların nəticəsində ortaya çıxmışdı: “Ermənilər bizə qarşı soyqırım həyata keçirməklə torpaqlarımızı ələ keçirmək niyyətində idilər. Xocalı Soyqırımını da bu məqsədlə həyata keçirdilər. Bütün dünya bunu qəbul etməlidir.

Olaylar.az xəbər verir ki, bunu millətm vəkili Siyavuş Novruzov Milli Məclisin iclasında deyib. S.Novruzov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi də bu hücumların nəticəsində ortaya çıxmışdı: "Ermənilər bizə qarşı soyqırım həyata keçirməklə torpaqlarımızı ələ keçirmək niyyətində idilər. Xocalı Soyqırımını da bu məqsədlə həyata keçirdilər. Bütün dünya bunu qəbul etməlidir. Dəfələrlə Serj Sarkisyan BMT-nin sürtülmüş kürsüsündə bundan danışıb. Dünya ictimaiyyəti qarşısında bunu asanlıqla etiraf edirlər. Biz gözləməli deyil ki, onları kimsə məhkəməyə verəcək. Serj Sarkisyan və Xocalı Soyqırımında əli olan digər ermənilər artıq hərbi məhkəməyə veriliblər. gec-tez öz cəzalarını alacaqlar". Millət vəkili qeyd edib ki, Milli Məclis soyqırımla bağlı bir sıra ölkələrə müraciətlər göndərməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31