Gündəm

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

24 Fevral 2017 12:43

Fevralın 27-də Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a DİDK-nin mətbuat xidmətindən daxil olub.

Nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb 

24 Fevral 2017 12:42

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədi ilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, bununla əlaqədar olaraq BNA tərəfindən 14 marşrut xəttinin hərəkət trayektoriyası da dəyişdirilib. Bunlar 1, 2, 4, 5, 8, 21, 30, 32, 46, 49, 88, 125, 175 və H1 marşrutlarıdır.

Yol polisi cərimədən xilas olmaq üçün sürücülərə mesaj göndərəcək

24 Fevral 2017 12:40

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" qanunda dəyişikliklər edilməsi barədə" 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb. Yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov baku.ws-ə açıqlamasında dəyişikliklər barədə danışıb.

Sirli leş tapıldı: yarı balina, yarı ayı

24 Fevral 2017 12:37

Filippinin Dineaqat adasındakı Kaqdiano çimərliyində qəribə, qorxulu və müəmmalı dəniz heyvanının leşi var. Ada sahillərinin yaxınlığında, okeanın təkindəki zəlzələdən sonra bu leşi dalğalar sahilə vurub. 1924-cü ilin oktyabrın 25-də belə leş Afrika sahillərində peyda olmuşdu. Alimlərin fikrincə, bu sirli canlı qütb ayısı və balinanın qarışığıdır. Ağ, uzun tüklü, nəhəng canlının leşini alimlər tədqiq etməyə başlayıblar. Bu barədə Milli.az AsiaOne-a istinadən xəbər verir.

FİLM KİMİ OLAY - Məsciddən oğurluq etmək üçün tunel qazdı

24 Fevral 2017 12:36

Sultanahmetdə bir şəxs Bizans dövrünə aid əsərləri oğurlamaq istəyərkən tutulub. Bir evin həyətində qazıntı apardığı bildirilən şəxsin qazdığı tunelin Sultanahmet məscidinin altına qədər uzandığı məlum olub.

Sarkisyan baş nazir və müdafiə nazirini işdən çıxarır

24 Fevral 2017 12:33

Ermənistan prezidenti Serj Sarkisyan müdafiə naziri Vigen Sarkisyanı işdən çıxarmaq istəyir.  "Jamanak" qəzeti bu barədə Respublikaçılar partiyasında olan mənbəyə istinadən məlumat yayıb. Məlumata əsasən, Sarkisyan hazırki müdafiə nazirini ölkə parlamentinə spiker təyin etmək istəyir. Onun yerinə isə İrəvanın polis rəisi Vladimir Qasparyanın gətiriləcəyi bildirilir.  Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfəri zamanı baş nazir Karen Karapetyanın vəzifədə saxlanılıb-saxlanılmaması məsələsini Kremllə müzakirə edəcəyi gözlənilir.

Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirilib

24 Fevral 2017 12:29

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon ərazisində yerləşən bələdiyyələrin təşkilatçılığı ilə Goradil bağlar massivində yerləşən 2 saylı Evtikmə Kombinatının istirahət zonasında və Muğan sanatoriyasında məskunlaşmış Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirilib.

Tahir Mirkişili: “Populist çağırışlar azadlıq və təhlükəsizlik balansını pozur”

24 Fevral 2017 12:26

Avsrtiyanın paytaxtı Vyana şəhərində ATƏT Parlament Assambleyasının qış sessiyası keçirilir. Parlament Assambleyasının Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər komitəsində “Artan populizm ərəfəsində insan hüquqlarının qorunması” mövzusunda xüsusi müzakirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, müzakirədə çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişili dünyada artan populizmdən və onun indiki və gələcək fəsadlarından danışıb: “İnsan haqqları universialdır.

Daşkənddə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

24 Fevral 2017 12:25

Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirib.

Məktəbli qızlar küçədə bir-birlərini yıxıb-sürüdülər - biri "razborka"ya bıçaqla gəldi - VİDEO

24 Fevral 2017 12:22

Londonda küçədə məktəbli qızlar arasında dava düşüb. Onlar bir-birini küçədə yıxıb-sürüyüblər. Bu əsnada davaya üçüncü şəxs də qatılıb. O, əlindəki bıçaqla qızı hədələyib. Bu barədə Milli.az "Daily Mail"ə istinadla xəbər verir.

Millət vəkili: “Serj Sarkisyan kimilər cəzasız qalmamalıdır” 

24 Fevral 2017 12:19

“Erməni vandallarının Xocalıda törətdikləri vəhşilikləri dünyanın nüfuzlu media vasitələri işıqlandırıblar və bu proses bu gün də davam edir. İstər 1992-ci ilin fevralında, istərsə də hadisədən sonrakı günlərdə Xocalıya dünyanın müxtəlif ölkələrindən onlarla əcnəbi jurnalist gəlib. Onlar qanlı hadisələri gözləri ilə görüb dəhşətə gəlirdilər. Həmin günlərdə dünyanın məşhur qəzet və jurnallarında xarici jurnalistlərin Xocalı soyqırımı haqqında məlumatları dərc olunurdu. Bu müdhiş günlərdə xarici KİV-lərdə yer alan informasiyalar bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımı dəhşətlərini tam dolğunluğu ilə əks etdirməsə də, hər halda, dünya ictimaiyyətində faciənin miqyası haqqında müəyyən təsəvvür yaratmaq baxımından əhəmiyyətli idi”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Ekspert: "Şagirdlərin medallarla təltif edilməsi onlar üçün stimul olacaq" 

24 Fevral 2017 12:12

“Ümumtəhsil məktəblərində təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə də fərqlənən şagirdlərin qızıl və ya gümüş medallarla təltif olunması onlarda yüksək motivasiya yaradacaq. Şagirdlər bu mükafata sahib olmaq üçün təhsilə daha çox diqqət ayıracaqlar”. Bunu Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib.

Ekspert: “Xocalı Soyqırımı” bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir”

24 Fevral 2017 12:10

“Bu gün böyük təəssüf hissi və ürək ağrısı ilə qeyd edirik ki, dünyanın soyqırıma məruz qalan az sayda xalqları sırasında Azərbaycan xalqı da var. Ermənilər tərəfindən azərbaycanlılara və Azərbaycana qarşı törədilən cinayətlər məhz soyqırımı kimi qiymətləndirilməlidir.  XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir”. Bunu  Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin sədri, diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.

Rusiyalı deputat: "Xocalı faciəsi təkrarlanmamalıdır"

24 Fevral 2017 12:07

İyirmi beş il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə baş verib: 613 nəfər – bu, təxminən şəhər əhalisinin hər on nəfərindən biridir – vəhşicəsinə öldürülüb, Xocalının əsir götürülmüş 1275 sakinindən 150-sinin taleyi məlum deyil. Faciənin mənbəyi və bəşəriyyət üçün dərsi barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyevlə söhbət edirik.

Politoloq: "Qarabağa qanunsuz səfər edənlər Ermənistandan asılıdırlar" 

24 Fevral 2017 12:05

“Bir neçə gün bundan öncə, qondarma qurumda təşkil olunan” refendum”u izləməyə gələn beynəlxalq müşahidəçilərin yaydığı fikirləri diqqətlə oxusaq görərik ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin təqdim  etdiyi “qara siyahı” öz təsirini göstərə bilib. Artıq erməni jurnalistləri, eləcə də beynəlxalq müşahidəçilər adlarının həmin siyahıya düşməsi ilə bağlı yaxından maraqlanırlar”. Bunu politioloq Mübariz Əhmədoğlu  deyib.