Politoloq: "Qarabağa qanunsuz səfər edənlər Ermənistandan asılıdırlar" 

“Bir neçə gün bundan öncə, qondarma qurumda təşkil olunan” refendum”u izləməyə gələn beynəlxalq müşahidəçilərin yaydığı fikirləri diqqətlə oxusaq görərik ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin təqdim  etdiyi “qara siyahı” öz təsirini göstərə bilib. Artıq erməni jurnalistləri, eləcə də beynəlxalq müşahidəçilər adlarının həmin siyahıya düşməsi ilə bağlı yaxından maraqlanırlar”. Bunu politioloq Mübariz Əhmədoğlu  deyib.

"Bir neçə gün bundan öncə, qondarma qurumda təşkil olunan" refendum"u izləməyə gələn beynəlxalq müşahidəçilərin yaydığı fikirləri diqqətlə oxusaq görərik ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin təqdim  etdiyi "qara siyahı" öz təsirini göstərə bilib. Artıq erməni jurnalistləri, eləcə də beynəlxalq müşahidəçilər adlarının həmin siyahıya düşməsi ilə bağlı yaxından maraqlanırlar". Bunu politioloq Mübariz Əhmədoğlu  deyib.

Politoloq bildirib ki, Dağlıq Qarabağ qanunsuz səfər edənlər bu və ya digər şəkildə Ermənistandan asılıdırlar:"Onların ya ailə üvlərinindən biri erməni, ya Avropada erməni rəhbərliyi altında fəaliyyət göstərir, ya da pula ehtiyacları  var. Onlar hansısa formada Ermənistandan asılı olduqları həmin əraziyə gəlməyə məhkumdurlar".

M. Əhmədoğlu qeyd edib ki,  Dağlıq Qarabağa səfər edənlərin əksəriyyəti istefada olan diplomatlar, yaşı keçən siyasətçilər, sabiq deputatlardır: " Bu baxımdan onlar Dağlıq Qarabağa əlavə qazanc məqsədilə gəlirlər. Əminəm ki biz tezliklə XİN-in "qara siyahı"sına düşənlərdən ciddi reaksiya görəcəyik. Çünki Azərbaycanın baş prokurtorluğu  həmin şəxsləri İnterpol vasitəsilə axtarışa verib. Dağlıq Qarabağa gəlmək problem deyil. Sadəcə istənilən prosesin qaydası olduğu üçün  onlar Dağlıq Qarabağa getmək istəyirsə, hökmən Azərbaycanda icazə almalıdırlar". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31