Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Fevralın 27-də Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a DİDK-nin mətbuat xidmətindən daxil olub.

Fevralın 27-də Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a DİDK-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, qurultayda AAK prezidenti Samira Patzer-İsmailovanın ötən qurultaydan keçən müddət ərzində görülmüş işlərə dair hesabat məruzəsi dinləniləcək. Daha sonra digər Qurultay nümayəndələri və qonaqlar çıxış edərək AAK-ın ötən dövrdəki fəaliyyətinə, təşkilatın qarşısında duran vəzifələrin icrasına qiymət verəcəklər. Qurultayda AAK-ın rəhbər orqanlarına seçkilər keçiriləcək, həmçinin bir sıra sənədlər, o cümlədən Avropa Azərbaycanlıları Konqresinin V Qurultayının Qətnaməsi qəbul ediləcək. Qurultay çərçivəsində Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı sahəsində qarşıda duran vəzifələr, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələrin aparılması, AAK-a yeni üzv-təşkilatların qəbulu da planlaşdırılır. AAK-ın V Qurultayında əksəriyyətiNiderland, Almaniya, İsveç, Rusiyadan olmaqlaAvropanın 27 ölkəsindən 91 nümayəndənin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, AAK 2004-cü il aprelin 17-də Berlində keçirilən toplantıda təsis edilib. Avropa Azərbaycanlıları Konqresində Avropanın 27 ölkəsindən 60-dan artıq diaspor təşkilatı təmsil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31