Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon ərazisində yerləşən bələdiyyələrin təşkilatçılığı ilə Goradil bağlar massivində yerləşən 2 saylı Evtikmə Kombinatının istirahət zonasında və Muğan sanatoriyasında məskunlaşmış Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon ərazisində yerləşən bələdiyyələrin təşkilatçılığı ilə Goradil bağlar massivində yerləşən 2 saylı Evtikmə Kombinatının istirahət zonasında və Muğan sanatoriyasında məskunlaşmış Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə,
görüş zamanı Xocalı soyqırımı zamanı şəhid olmuş insanların ailələrinə Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin adından başsağlığı verilib. Sakinlərin problemləri dinlənildi, onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlərin görüləcəyi bildirilib. Xocalı soyqırımında həm fiziki, həm də mənəvi terrora məruz qalmış insanlarla görüş zamanı onlar mütəmadi olaraq dövlət qayğısı ilə əhatə olunduqları qeyd edilib, erməni qəsbkarlarının törətdiyi bu soyqırıma məhz Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31