Nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədi ilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, bununla əlaqədar olaraq BNA tərəfindən 14 marşrut xəttinin hərəkət trayektoriyası da dəyişdirilib. Bunlar 1, 2, 4, 5, 8, 21, 30, 32, 46, 49, 88, 125, 175 və H1 marşrutlarıdır.
24 Fevral 2017 12:42 SosialXocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədi ilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu barədə məlumat "OLAYLAR"-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, bununla əlaqədar olaraq BNA tərəfindən 14 marşrut xəttinin hərəkət trayektoriyası da dəyişdirilib. Bunlar 1, 2, 4, 5, 8, 21, 30, 32, 46, 49, 88, 125, 175 və H1 marşrutlarıdır.