Gündəm

Trampdan ŞOK qərar: Miqrantlar məcburi Meksikaya göndəriləcək

24 Fevral 2017 12:03

ABŞ prezidenti Donald Tramp miqrantlarla bağlı yeni qərar verib. Trend bildirir ki, qərara əsasən qeyri-qanuni miqrantlar vətəndaşı olmasalar belə Meksikaya deportasiya olunacaqlar. Bundan sonra məhz oradan miqrantlar öz vətənlərinə geri qaytarılacaqlar.

“Transformasiya”- Həmid Məhərrəmov

24 Fevral 2017 11:57

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Arts Council Azerbaijan təşkilatının təşəbbüsü ilə  14 mart 2017-ci il tarixində saat 18:00 1969 Qalereyasında Həmid Məhərrəmovun “Transformasiya” adlı fərdi yaradıcılıq sərgisi keçiriləcək.

Uşaq Teatrında “Qırmızı papaq”

24 Fevral 2017 11:56

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Musiqili Uşaq Teatrı  martın 4-də  Şarl Perronun “Qırmızı papaq” tamaşasını nümayiş etdirəcək. Teatrdan “Olaylar” – a verilən məlumata görə, konsert “Megafun” əyləncə mərkəzinin “Modern” teatrında saat 19:00-da baş tutacaq.

İlk dərslər Xocalı soyqırımına həsr edilib

24 Fevral 2017 11:52

Fevralın 24-də paytaxtın ümumi təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib. “OLAYLAR”-ın xəbərinıə görə, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən tədris olunan dərslər Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyi ilə Amerika səfirliyi arasında müqavilə imzalanıb

24 Fevral 2017 11:51

Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev ABŞ-nın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, qəbul çərçivəsində Gəncə, Xaçmaz, Salyan və Kürdəmir rayonlarında Amerika Guşələrinin Azərbaycanda yenidən açılmasına dair ikitərəfli Anlaşma Memorandumu imzalanıb.

Cəbhədə düşmən təxribatı davam edir

24 Fevral 2017 11:50

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 70 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Düşmənin təxribat törətmək cəhdlərinin qarşısının alınması istiqamətində tədbirlər görülür 

24 Fevral 2017 11:49

Müdafiə Nazirliyi rəhbərliyinin cəbhəboyu zonaya davam edən səfəri zamanı əsas diqqət Ermənistan silahlı qüvvələrinin cəbhənin bütün istiqamətlərində təxribat törətmək cəhdlərinin qarşısının qoşunlarımız tərəfindən qətiyyətlə alınması üzrə tədbirlərin görülməsinə yönəldilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, gecə saatlarında ön xətdəki bölmələrimizi yoxlayarkən, Müdafiə Nazirliyinin rəhbərliyi düşmənin kəşfiyyat-diversiya qrupunun Talış və Gülüstan istiqamətlərində təxribat törətmək cəhdlərini müşahidə vasitələri ilə izləyib.

Ukrayna ilə münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

24 Fevral 2017 11:47

Milli Məclisin Gənclər və İdman Komitəsi ilə Ukrayna Parlamentinin Gənclər, İdman, Turizm və ailə Komitəsi arasında görüş keçirilib. “OLAYLAR”ın xəbərinə görə, Ukrayna Parlanemtində baş tutan görüşdə Azərbaycan və Ukrayna arasında əmədaşlığın bütün istiqamətlə uğurla inkişafı vurğulanıb.

Bosniya və Hersoqovinanın dövlət başçısı Bakıya gələcək

24 Fevral 2017 11:45

Bosniya və Hersoqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç V Qlobal Bakı Forumda iştirak etmək məqsədilə Azərbaycana gələcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Mladen İvaniçin forum çərçivəsində “Beynəlxalq münasibətlərin gələcəyi”mövzusunda keçiriləcək müzakirələrdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub. İclasda Bosniya və Hersoqovinadan başqa, 6 ölkənin – Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanındövlət başçılarıiştirak edəcək. V Qlobal Bakı Forumunda bir sıra ölkələr Baş nazir və müavinlər, parlament rəhbərləri səviyyəsində təmsil olunacaq. Ümumulikdə isə forumun işində 50 ölkədən 200-dən çox qonağın – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlərin iştirakı gözlənilir. “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forum çərçivəsində panel müzakirələr təşkil olunacaq.

Lapşinin yeni vəkili MƏLUM OLDU

24 Fevral 2017 11:42

Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin hüquqlarını müdafiə edəcək yeni vəkilin adı məlum olub.  Azərbaycan Vəkillər Kollegiyasının üzvü Eduard Çernin A. Lapşinin şəxsi istəyi ilə onun müdafiəsinə qoşulub.

Prezident İlham Əliyev Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini qəbul edib

24 Fevral 2017 11:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Britaniyanı "iqlim bombası" vurdu: 3 ölü

24 Fevral 2017 11:33

Britaniyanı güclü "Doris" qasırğası vurub, aviareyslər təxirə salınıb. Ölkənin bir sıra bölgələrində güclü qar və leysan yağışları yağır, şəhərlərdə böyk tıxaclar müşahidə olunur.

"Deputat olmaq qanunları pozmağa əsas vermir" - XİN

24 Fevral 2017 11:28

"Avropa Parlamentinin deputatı olmaq heç kimə digər dövlətlərin qanunlarını, beynəlxalq hüququn norma və prinsiplərini pozmağa əsas vermir". Bunu barələrində Azərbaycanın Baş Prokurorluğu tərəfindən cinayət işi açılmış Frank Engelin Ermənistan mediasına və Yaromir Ştetinin Çexiya televiziyasına açıqlamasını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

Nyu-York polisi Ağ evə tabe olmadı

24 Fevral 2017 11:24

Nyu-York polisi rəsmi Vaşinqtonun qeyri-qanuni miqrantların deportasiyası üzrə göstərişlərini yerinə yetirməkdən imtina edib. Bu barədə şəhər polisinin komissarı Ceyms O'Nil bəyanat yayıb. Polis əməkdaşları miqrant xidmətinin federal məmurlarının vətəndaşların kütləvi deportasiya üzrə verdiyi orderi icra etməyəcəklər.