Mədəniyyət və Turizm Nazirliyi ilə Amerika səfirliyi arasında müqavilə imzalanıb

Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev ABŞ-nın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, qəbul çərçivəsində Gəncə, Xaçmaz, Salyan və Kürdəmir rayonlarında Amerika Guşələrinin Azərbaycanda yenidən açılmasına dair ikitərəfli Anlaşma Memorandumu imzalanıb.

Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev ABŞ-nın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, qəbul çərçivəsində Gəncə, Xaçmaz, Salyan və Kürdəmir rayonlarında Amerika Guşələrinin Azərbaycanda yenidən açılmasına dair ikitərəfli Anlaşma Memorandumu imzalanıb. Qonağı səmimi qəbul edən nazir Əbülfəs Qarayev bildirib ki, imzalanan memorandum uğurla həyata keçiriləcək. Kitabxanalar şəbəkəsində bu layihə artıq bir neçə ildir icra olunur və yenidən imzalanma nəticəsində bu iş daha da geniş vüsət alacaq. Layihə nazirliyin 2017-ci il iş planında mühüm yer tutacaq. Səfir Robert Sekuta öz növbəsində bildirdi ki, Anlaşma memorandumu hər iki ölkə arasında faydalı olacaq. Həm Azərbaycan həm də Amerika vətəndaşlarının faydalı məlumatlardan istifadəsinə xidmət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31