Gündəm
İki uşaq anası özünü öldürmək istədi
PKK-nın komandanlarının da olduğu qərargah vuruldu
İranla Səudiyyə arasında Həcc ziyarəti danışıqları başladı
Prezident Cibutinin xarici işlər nazirini qəbul etdi
Amerikalı rəssam ADMİU-da
Lütfü Məmmədbəyovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib
Berndə Xocalıya həsr olunmuş musiqili xatirə gecəsi keçirilib
“Xocalı soyqırımı: Vəhşilik aktı” adlı elmi konfrans
Messencerlərin populyarlığı artır
“Gartner” analitik şirkəti tədqiqat apararaq 2016-cı ildə sosial şəbəkələrin populyarlığının 2 faiz azalmasını, istifadəçilərin messencerlərə 3 faiz çox vaxt sərf etməsini açıqlayaraq iki ildən sonra messencerlərin populyarlığına görə sosial şəbəkələri geridə qoyacağını bəyan edib.
Yeni proqram təminatı dronların uçuşunu avtomatlaşdıracaq- VİDEO
ABŞ-ın “Exyn Technologies” şirkəti kompüter təlimi və neyron şəbəkələr əsasında pilotsuz uçan aparatlara insan iştirakı olmadan avtonom rejimdə binalarda və qaranlıqda uçmağa imkan verən proqram təminatı yaradıb.
“Instagram” bir postda 10-dək fotoşəklin dərcinə icazə verdi
“Instagram” xidmətində istifadəyə verilmiş yeni funksiya bir postda 10-dək fotoşəkil və videoçarx dərc etməyə imkan verir. Bu haqda şirkətin bloqunda qeyd edilib.
Sevilisinə bir buket pul hədiyyə etdi -fotolar
Çində gənc oğlan sevdiyi qıza qeyri-adi hədiyyə verib. Çançunq şəhərində yaşayan gənc sevgilisinə 10 min yuan (təxminən 2500 AZN) pul əskinaslarından bağlanmış bir buket bağışlayıb. Oğlan bildirib ki, gül alsaydı, o, iki günə solacaqdı. Amma verilən pulları sevgilisi uzunmüddət xərcləyə və istədiklərini ala bilər. Hadisə bir ay öncə baş versə də, buketin fotoları bu günlərdə mediaya çıxıb. Şəkli bəzi insalar müsbət qarşılasalar da, bəziləri oğlanın bu addımını tənqid ediblər. Onlar bu hərəkətin qətiyyən romantik olmadığını vurğulayıblar.
"Fatmagülün suçu ne" yenidən çəkilir - Hindistanda
Beren Saat və Engin Akyüreyin baş rollarda çəkildiyi "Fatmagülün suçu ne" serialının ssenarisi Hindistan şirkəti tərəfindən alınıb.
Bu il kiberhücumların sayında artım gözlənilir
Fransanın “Gemalto” şirkətinin ekspertləri 2017-ci ildə maliyyə qurumlarına və siyasi təşkilatlara qarşı həyata keçirilən kiberhücumların sayının artacağını proqnozlaşdırırlar. Mütəxəssislərin fikrincə, haker hücumları getdikcə daha mürəkkəb xarakter almaqla çətinliklə aşkarlanacaq. Cinayətkarlar həm siyasi motivləri, həm də qazanc istəklərini rəhbər tutacaqlar.
"Yaprak dökümü"nün aktrisası 2 aya ana olacaq
Aktrisa Başak Sayan dünən ticarət mərkəzlərindən birində görüntülənib. Qarşıdakı aylarda əkiz övladlarını dünyaya gətirməyə hazırlaşan Başak xoşbəxt və həyəcanlı olduğunu bildirib. 7 aylıq hamilə olan aktrisa sağlamlığının yerində olduğunu deyib.














