“Xocalı soyqırımı: Vəhşilik aktı” adlı elmi konfrans
23 Fevral 2017 20:16 SosialAMEA Naxçıvan Bölməsində XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan "Xocalı soyqırımı: Vəhşilik aktı" mövzusunda elmi konfrans keçirilib. Elmi konfransda ilk öncə Xocalı faciəsi zamanı vəhşicəsinə qətlə yetirilən insanların və Xocalı şəhərinin müdafiəsində iştirak edərək qəhrəmanlıqla həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açdı. Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimov "Xocalı faciəsinə gedən yol", həmin institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları Emin Şıxəliyev "Xocalı faciəsi azərbaycanlılara qarşı törədilən soyqırımdır", Zeynəb Quliyeva "Xocalı soyqırımının azərbaycanlıların milli şüuruna təsiri", Asəf Orucov "Xocalı faciəsində erməni terror təşkilatlarının iştirakı" mövzusunda elmi məruzələrlə çıxış etdilər.
Konfransda Xocalı soyqırımına aid real fakatları əks etdirən fotoşəkillər və sənədlərdən ibarət slayd nümayiş olunub.