Tahir Mirkişili: “Populist çağırışlar azadlıq və təhlükəsizlik balansını pozur”

Avsrtiyanın paytaxtı Vyana şəhərində ATƏT Parlament Assambleyasının qış sessiyası keçirilir. Parlament Assambleyasının Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər komitəsində “Artan populizm ərəfəsində insan hüquqlarının qorunması” mövzusunda xüsusi müzakirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, müzakirədə çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişili dünyada artan populizmdən və onun indiki və gələcək fəsadlarından danışıb: “İnsan haqqları universialdır.

Avsrtiyanın paytaxtı Vyana şəhərində ATƏT Parlament Assambleyasının qış sessiyası keçirilir. Parlament Assambleyasının Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər komitəsində "Artan populizm ərəfəsində insan hüquqlarının qorunması" mövzusunda xüsusi müzakirə keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, müzakirədə çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişili dünyada artan populizmdən və onun indiki və gələcək fəsadlarından danışıb: "İnsan haqqları universialdır. Bu sahədə hər-hansı bir selektiv yanaşma və diskriminasıya olmamalıdır. Siz öz qonşunuzu xoşlamaya bilərsiz, ancaq əgər siz onun hüquqlarını bu gün pozursunuzsa, siz da sabah öz hüquqlarınızı pozulmuş görəcəksiz" - deyən Tahir Mirkişili diqqəti ABŞ və Avropada əsas təhlükə kimi qəbul edilən miqrantlara və onların hüquqlarına cəlb edib. O, bəzi ölkələrdə populist çıxışların ksenofobiya, irqçilik və islamafobiyanın artmsına gətirib çıxardığını qeyd edərək, bəzi siyasi qüvvələrin bundan yararlanaraq siyasi güc əldə etmək planlarını açıqlayıb.  Tahir Mirkişili sonda bütün parlamentarilərin əsas vəzifələrinin qarşılıqlı hörmət, multikulturalizm, dialoq mədəniiyyəti və harmoniya kimi dəyərlərin yayılması olduğunu xatırladaraq, bu gün hər kəsin üzləşdiyi çöxüzlü problemlərin həllinin yalnız dini, irqi və milli müxtəlifliyin qorunmasında olduğunu bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31