“Dağlıq Qarabağın işğalı zamanı azərbaycanlılara qarşı ermənilər tərəfindən saysız cinayətlər işlənilib”

Olaylar.az xəbər verir ki, Milli Məclisin iclasında çıxış edən vitse-spiker Ziyafət Əsgərov belə deyib. Z.Əsgərov qeyd edib ki, bir neçə saat ərzində silahlı ermənilər və 366-cı motoatıcı alayın əsgərləri şəhəri yerlə-yeksan edilərək, 613 nəfər azərbaycanlı amansızcasına qətlə yetirdilər: “Şəhərdən qaçan əliyalın insanlar a amansız divan tutuldu. Bədənlərinin əzaları kəsildi, başlarının dəriləri soyuldu. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da bu amansızlığı yerinə yetirən silahlı birləşmələrdən birinə komandanlıq edirdi”.

Olaylar.az xəbər verir ki, Milli Məclisin iclasında çıxış edən vitse-spiker Ziyafət Əsgərov belə deyib. Z.Əsgərov qeyd edib ki, bir neçə saat ərzində silahlı ermənilər və 366-cı motoatıcı alayın əsgərləri şəhəri yerlə-yeksan edilərək, 613 nəfər azərbaycanlı amansızcasına qətlə yetirdilər: "Şəhərdən qaçan əliyalın insanlar a amansız divan tutuldu. Bədənlərinin əzaları kəsildi, başlarının dəriləri soyuldu. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da bu amansızlığı yerinə yetirən silahlı birləşmələrdən birinə komandanlıq edirdi".

Vitse-spiker qeyd edib ki, ermənilər bununla Azərbaycanda siyasi xaos və çaşqınlıq yaradıb Dağlıq Qarabağın işğalını sürüətləndirmək istəyirdilər: "Azərbaycana qarşı bu kimi siyasətlər son 200 ildə bir neçə mərhələdə aparılıb. Çar Rusiyası bölgədə öz dayaqlarını möhkəmlətmək üçün İran və Osmanlı ərazilərdində yaşayan erməniləri işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirdi. Ümumilikdə ayrı-ayrı mərhələlərdə bu ölkələrdən Azərbaycana 1 milyondan çox erməni köçürüldü. Bu, Çar Rusiyasının imperiya maraqlarına xidmət edirdi. Azərbaycan ərazilərində möhkəmlənən ermənilər torpaqlarımızı işğal edərək, öz şovinist, separatçı məqsədlərini həyata keçirməyə başladılar. Bu niyyətlə də ayrı-ayrı tarixlərdə Gəncə, Bakı, Quba və digər şəhər, kəndlərdə azərbaycanlılara qarşı soyqırım həyata keçirdilər. "Ermənilər azərbaycanlılarla yanaşı yəhudiləri də soyqırıma məruz qoydular. Amma Sovet dönəmində ermənilər cəzasız qaldılar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31