“Xocalı soyqırımın tanıdılması istiqamətində böyük işlər görülüb”
Olaylar.az xəbər verir ki, Milli Məclisin iclasında millət vəkili Qənirə Paşayeva belə deyib. Q.Paşayeva təklif edib ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş bu soyqırımın daha geniş miqyasda tanıdılması üçün Azərbaycan hər bir dövlətə ayrı-ayrılıqda müraciət etməlidir: “Hər bir türk dövlətinə ayrı-ayrılıqda müraciət edilməlidir ki, azərbaycanlılar türk olduqları üçün ermənilərin soyqırımına məruz qalıblar. Hər bir müsəlman dövlətinə müraciəıt etməliyik ki, azərbaycanlılar müsəlman olduqları üçün ermənilərn tərəfindən öldürülüblər. Həmçinin xristian dövlətlərinin hər birinə ayrıa-ayrılıqda müraciət etməliyik ki, ermənilər bu soyqırımı xristianlıq adı altına reallaşdırıblar, bununla bu dinə ləkə atıblar”.
24 Fevral 2017 13:42 SiyasətOlaylar.az xəbər verir ki, Milli Məclisin iclasında millət vəkili Qənirə Paşayeva belə deyib.
Q.Paşayeva təklif edib ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş bu soyqırımın daha geniş miqyasda tanıdılması üçün Azərbaycan hər bir dövlətə ayrı-ayrılıqda müraciət etməlidir: "Hər bir türk dövlətinə ayrı-ayrılıqda müraciət edilməlidir ki, azərbaycanlılar türk olduqları üçün ermənilərin soyqırımına məruz qalıblar. Hər bir müsəlman dövlətinə müraciəıt etməliyik ki, azərbaycanlılar müsəlman olduqları üçün ermənilərn tərəfindən öldürülüblər. Həmçinin xristian dövlətlərinin hər birinə ayrıa-ayrılıqda müraciət etməliyik ki, ermənilər bu soyqırımı xristianlıq adı altına reallaşdırıblar, bununla bu dinə ləkə atıblar".
Qənirə Paşayevanın sözlərinə görə, soyqırım həqiqətlərinin dünyaya çatdırılması üçün digər addımlar da atılmalıdır: "Şəhidlər Xiyabanında Xocalı soyqırımına abidə, yaxud lövhə qoymaq lazımdır. Xiyabanda həmçinin müxtəlif dillərdə məlumat lövhəsi qoyulmalıdır. Bununla biz azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlar haqqında geniş və dəqiq məlumat çatdıra bilərik. Həmçinin təsirli film çəkmək lazımdır. Yəhudilər İkinci Dünya Müharibəsində onlara qarşı olan soyqırımı "Pianoçu" filmiylə yaxşı formada çatdırıblar".