Gündəm
Rusiyada erməni iş adamları güllələnib
Rusiyada iki nəfər Ermənistan vətəndaşı güllələnib. Hadisə Krasnodar vilayətinin Armavir şəhərində baş verib. Qətlə yetirilən şəxslər iş adamları olub.
Tələbə övladının meyitinin arxasınca gələn ananın FƏRYADI FOTOlarda
Bakı-Sumqayıt yolunda baş verən qəza zamanı həlak olan tələbələrin meyitləri ailələrinə təhvil verilib.
Dövlət Departamentin şablon hesabatı nəyə hesablanıb?
Beynəlxalq təşkilatların, eləcə də Cənubi Qafqazda marağı olan dünyanın aparıcı dövlətlərinin Azərbaycana qarşı ikili standartları davam etməkdədir. İnsan hüquqlarından vasitə kimi istifadə edən dövlətlər qərəzlı hesabatları ilə ölkəmizə qarşı təzyiqlərini artırmaq niyyəti güdürlər. Lakin, hər il eyni mənbəyə əsaslanan, eyni məslələri qabardan bu tipli hesabatlar ürək bulandırmaqdan başqa bir şey deyil.
Elşən İsmayıl yazır... Mən, hər kəs deyiləm...
Salma adi xatirələrdə yada məni... Düşünmə, Haqqımda heç nə düşünmə... Ağlama arxamdan, Çıxma özündən mənə görə... Mən, hər kəs deyiləm...
Nəzarətsiz zonalar narkotiklərin qanunsuz dövriyyəsi üçün münbit mühit rolunda
Bu gün dünya ictimaiyyətini narahat edən ən aktual problemlərdən biri də beynəlxalq terrorçuluğun və mütəşəkkil cinayətkarlığın əsas maliyyələşmə mənbələrindən biri olan narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının xalqların genofonduna, eləcə də kriminogen duruma mənfi təsir göstərməsidir. Təəssüfedici məqam ondan ibarətdir ki, bu istiqamətdə həyata keçirilən qabaqlayıcı tədbirlərə rəğmən narkomaniya problemi getdikcə gəncləşir.
AŞPA-da Soros və erməni işbirliyi: kəşfiyyat mərkəzi Azərbaycana düşmən şəbəkəni İFŞA ETDİ
Avropa Şurasının Parlament Assambleyasında (AŞPA), ATƏT-də və digər qurumlarda Azərbaycanla bağlı qərəzli, aqressiv sənədlərin, qətnamələrin və bəyanatların qəbul olunmasında, xüsusilə də insan haqları və söz azadlığı prinsiplərinin qorunması ilə məşğul olduqlarını iddia edən strukturların rəsmi Bakıya qarşı yönəlmiş fəaliyyətini yenidən sübut etməyə ehtiyac yoxdur.
İnternat məktəblərində təhsil alan şagirdlərin ali təhsilə marağı artırılır
“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnternat məktəbində təhsil alan və həmin müəssisələrdən məzun olmuş gənclərin ali və peşə təhsilinə cəlb edilməsinə dəstək” adlı layihəsini başa çatdırıb.
“İslamda həmrəylik” adlı tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağsuda “İslamda həmrəylik” adlı maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli İslam dininin humanizm, dözümlülük xüsusiyyətlərini aşıladığını, eyni zamanda insanlara dostluq, qardaşlıq, sülh yolu göstərdiyini bildirib.
Nazirdən həlak olan tələbələrin ailələrinə başsağlığı mesajı
“Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sumqayıt Dövlət Universitetinin həlak olmuş tələbələrinə Allahdan rəhmət diləyir, onların ailələrinə və universitetin kollektivinə dərin hüznlə başsağlığı verirəm”. “OLAYLAR -ın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov səsləndirib. Nazir qeyd edib ki, hadisə zamanı xəsarət alanlara isə şəfa diləyir və tezliklə sağalmalarını arzulayır.
Samur-Abşeron su kanalında naməlum meyit tapılıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisindən keçən Samur-Abşeron su kanalında 1 nəfər naməlum cəsədin aşkar edilməsi barədə məlumat daxil olub. Nazirlikdən verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin “Şimal” dalğıc-axtarış qrupunun qüvvələri hadisə yerinə cəlb olunaraq naməlum cəsədi sudan çıxarıblar. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
OPEC Azərbaycanın aparıcı rol oynadığını bəyan edib
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin 10 dekabr 2016-cı il tarixində Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşmaya uyğun olaraq Azərbaycan cari ilin fevral ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Birgə Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, cari ilin fevral ayı ərzində Respublika üzrə gündəlik neft hasilatı 776,4 min barrel olub. Bunun 726,4 min barrelini xam neft, 50,0 min barrelini isə kondensat təşkil edib.
Çin ilkə imza atacaq
2017-ci ilin sonunadək Çin rusiyalı mütəxəssislərin köməyi ilə dünyada ilk dəfə olaraq mülki məqsədlər üçün sualtı qayıq istehsal etməyi planlaşdırır. Sualtı qayıq göyərtəsinə 40-dək sərnişin götürə biləcək. "China Daily" qəzeti yazır ki, "Tianjin Ostar Underwater Vehicles Co" şirkəti gəminin hazırlanması üçün Rusiyanın bir neçə elmi tədqiqat institutu ilə birgə müəssisə yaradıb.
3 nəfərin imtahan nətiəsi ləğv edildi
Martın 5-də keçirilən buraxılış imtahanlarda 3 nəfər telefonla imtahan binasına daxil olub. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, həmin şagirdlərin imtahan nəticələri ləğv olunub: "Dəfələrlə xəbərdalıq olunmasına baxmayaraq, şagirdlər yenə də telefon gətiriblər. Bir daha xatırladırıq ki, imtahan binasına qadağan olunmuş vasitələr gətirmək olmaz".
Sürücü, kuryer, liftçi işləmək istəyənlər də işə imtahanla qəbul olunacaqlar
"Dövlət qulluğu haqqında" qanununa edilmiş son yeni dəyişikliklərə görə, artıq yüksək kateqoriyalı dövlət orqanları da daxil olmaqla, dövlət orqanlarında yardımçı vəzifələr, yəni kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və s. vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün namizədlər müsabiqədə iştirak etməlidirlər.
Tələbələrin öldüyü qəzanın baş vermə anı - VİDEO
Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı iki nəfər saxlanılıb. "ZİL" markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb. Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİL"in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.














