Samur-Abşeron su kanalında naməlum meyit tapılıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisindən keçən Samur-Abşeron su kanalında 1 nəfər naməlum cəsədin aşkar edilməsi barədə məlumat daxil olub. Nazirlikdən verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin “Şimal” dalğıc-axtarış qrupunun qüvvələri hadisə yerinə cəlb olunaraq naməlum cəsədi sudan çıxarıblar. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
9 Mart 2017 14:12 SosialFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisindən keçən Samur-Abşeron su kanalında 1 nəfər naməlum cəsədin aşkar edilməsi barədə məlumat daxil olub. Nazirlikdən verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin "Şimal" dalğıc-axtarış qrupunun qüvvələri hadisə yerinə cəlb olunaraq naməlum cəsədi sudan çıxarıblar. Cəsəd aidiyyəti üzrə təhvil verilib.