Nazirdən həlak olan tələbələrin ailələrinə başsağlığı mesajı
“Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sumqayıt Dövlət Universitetinin həlak olmuş tələbələrinə Allahdan rəhmət diləyir, onların ailələrinə və universitetin kollektivinə dərin hüznlə başsağlığı verirəm”. “OLAYLAR -ın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov səsləndirib. Nazir qeyd edib ki, hadisə zamanı xəsarət alanlara isə şəfa diləyir və tezliklə sağalmalarını arzulayır.
9 Mart 2017 14:16 Sosial"Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sumqayıt Dövlət Universitetinin həlak olmuş tələbələrinə Allahdan rəhmət diləyir, onların ailələrinə və universitetin kollektivinə dərin hüznlə başsağlığı verirəm". "OLAYLAR -ın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov səsləndirib. Nazir qeyd edib ki, hadisə zamanı xəsarət alanlara isə şəfa diləyir və tezliklə sağalmalarını arzulayır.
Qeyd edək ki, martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Masazır dairəsindəki körpünün üstündə "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu daş maşınına çırpılıb. Qəza zamanı Sumqayıt Dövlət Universitetinin 3 tələbəsi həlak olub, daha iki nəfər isə xəstəxanada həyatını itirib. 20 nəfər isə müxtəlif dərəcəli yüngül bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.