Gündəm

Nardaran sakini qumbaranı polisə könüllü təhvil verib

9 Mart 2017 15:29

Nardaran sakini tapdığı qumbaranı polisə könüllü təhvil verib. DİN-dən verilən məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Asif Mehdiyev "F-1" qumbarasını və 69 ədəd avtomat patronunu tapdıb. O, silah-sursatı könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Daha 3 nəfər dəm qazından dünyasını dəyişdi

9 Mart 2017 15:27

Bakıda 3 nəfər dəm qazından zəhərlənərək ölüb. “Olaylar” Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər xəbər verir ki, hadisə paytaxtın Sabunçu və Nəsimi rayonunlarında qeydə alınıb. Belə ki, martın 8-də Sabunçu qəsəbəsində yaşayan Solmaz Quliyeva və qızı İlhamə Məmmədova, Nəsimi rayonu ərazisində yaşayan Tatyana Kanalina evlərində dəm qazından boğulublar.

Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində çalışacaq

9 Mart 2017 15:26

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) strukturlarının gücləndirilmiş iş rejiminə keçirilməsi haqqında əmr imzalanıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, DBNX-nın rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanovun imzaladığı əmrlə Novruz bayramı ərəfəsi və bayram günlərində təşkil ediləcək kənd təsərrüfatı məhsullarının satışı ilə əlaqədar 14 martdan 25 martadək rayon və şəhər baytarlıq idarələrin fəaliyyəti gücləndirilmiş iş rejiminə keçiriləcək.  

37 nəfər dövlət sərhədini pozub

9 Mart 2017 15:25

Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin fevral ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata kеçirilmiş, qaçaqmalçılığa, qеyri-lеqal miqrasiyaya, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam еtdirilmişdir.

Fövqəladə hallarda özünü necə aparmalı?

9 Mart 2017 15:22

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbirləri keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, tədbirlərin keçirilməsində əsas məqsəd fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, məktəb kollektivlərinin fövqəladə hadisələrdən mühafizə üsulları və bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir. Tədbirlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin razılığına əsasən, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi tərəfindən təşkil edilir.

Berlində beynəlxalq turizm sərgisi keçirilir

9 Mart 2017 15:21

Almaniyanın Berlin şəhərində keçirilən “İTB Berlin 2017” beynəlxalq turizm sərgisində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir. “OLAYLAR”-ın xəbərinə görə, sərgidə, 16 yerli turizm şirkəti, 5 mehmanxana, Azərbycan Hava Yolları və Turizm və Milli İnkişafına Dəstək İctimai Birliyi iştirak edir.

"Yarışırdılar, qaçırda bilməyib girdi" - 5 tələbənin öldüyü qəzanın şahidi - VİDEO

9 Mart 2017 15:19

Bakı-Sumqayıt yolundakı tələbələrin ölümü ilə bağlı 2 sürücü saxlanılıb. Bunlar "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 41 yaşlı Namiq Hüseyinov və "Zil" markalı yük maşınının sürücüsü Elvin Şəmistanlıdır.

Bakıda tanınmış modelin meyiti tapıldı

9 Mart 2017 15:09

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Dünən Nəsimi rayonu ərazisindəki evdən 23 yaşlı Kanalina Tatyana Sergeyevnanın meyiti tapılıb. İlkin araşdırma nəticəsində onun dəm qazından boğulduğu məlum olub.

Lavrov: "Heç bir münaqişə ABŞ-ın iştirakı olmadan həll edilə bilməz"

9 Mart 2017 15:08

"ABŞ-ın iştirakı olmadan həll edilə biləcək heç bir münaqişə yoxdur". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Tramp: “ABŞ İranın təxribatçı hərəkətlərinə dözməyəcək”

9 Mart 2017 15:06

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rəsmi Vaşinqton İranın təxribatçı hərəkətlərinə dözmək niyyətində deyil.

Azərbaycan pasportu 199 ölkə içində 133-cüdür

9 Mart 2017 15:02

İnsanları müxtəlif ölkələrdə vətəndaşlıq, daha doğrusu, fərqli ölkələrin pasportlarının üstünlükləri haqda bilgiləndirən «Nomad Capitalist» şirkəti 2017-ci ilin ən yaxşı pasportlarının siyahısını açıqlayıb.

Fransada Novruz bayramı

9 Mart 2017 14:59

Ruayan şəhər meriyasının və Azərbaycanın Dostları Assosiasiyası təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin və Paris Azərbaycan Evinin dəstəyi ilə Novruz bayramı münasibətilə silsilə tədbirlər Ruayan şəhərində davam etdirilib.

“Osmanlı əsgəri” Amerikada 300 film mərkəzində

9 Mart 2017 14:55

Məşhur türkiyəli rejissor Alinur Velidedeoğlunun rejissorluğu ilə çəkilən “The Ottoman Lieutenant” ( Osmanlı əsgəri) adlı film sabah Amerikada 300 film mərkəzində nümayiş olunacaq. “Olaylar” “Sabah” – a istinadən bildirir ki, rejissor amerikalı həmkarı ilə birgə çəkdiyi filmin çəkilişləri Çexiyada, İstanbulda və Kapadokyada olub.  “Osmanlı əsgəri” adlı filmdə Oskar mükafatı qazanmış aktyorlar Ben Kingsley, Josh Hartnett, Hera Hilmar ilə bərabər, məşhur türkiyəli aktyor Haluk Bilginer də rol alıb.

Avtomobilin gizli saxlanc yerindən 9200 ədəd siqaret çıxdı

9 Mart 2017 14:53

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal-gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E-220" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, baxış zamanı, nəqliyyat vasitəsinin sağ və sol ayaqaltı hissəsində, xüsusi olaraq hazırlanmış gizli saxlanc yerində 9200 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır. 

Ermənistan: çaşqın, böhtançı və ədalətsiz mövqedə

9 Mart 2017 14:51

Son günlər cəbhə xəttində erməni təxribatlarının artmasına ekspertlər adi hal kimi baxmırlar. Onlar hesab edirlər ki, bu, Ermənistanın daxili və xarici siyasətinin uğursuzluğunun növbəti nəticələrindən biridir. Ölkə əhalisi ağır vəziyyətdə yaşayır. Hökumət dəyişikliyi heç bir müsbət nəticə verməyib. Həyat səviyyəsi daha da aşağı düşüb və insanlar Ermənistanı tərk edirlər. Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur. Xarici siyasət daha bərbad vəziyyətdədir. Rəsmi İrəvan bütün istiqamətlərdə iflasa düçar olub. Xüsusilə Avropa İttifaqı məsələsi xeyli kəskinləşib. Qərb İrəvandan qəti seçim etməsini istəyir - ya Aİ, ya da Aİİ. Erməni rəhbərliyi isə müstəqil addım ata bilmədiyindən "gah nala vurur, gah da mıxa". Bu vəziyyətə düşənlərdən biri də Nalbandyandır.