Tramp: “ABŞ İranın təxribatçı hərəkətlərinə dözməyəcək”

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rəsmi Vaşinqton İranın təxribatçı hərəkətlərinə dözmək niyyətində deyil.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rəsmi Vaşinqton İranın təxribatçı hərəkətlərinə dözmək niyyətində deyil. RİA Novosti bildirir ki, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib. "Prezident Hörmüz körfəzində baş verən insidentlə bağlı məlumatlandırılıb. O açıq şəkildə bildirib ki, ABŞ İranın təxribatçı hərəkətlərinə dözməyəcək", - deyə Ş.Spayser qeyd edib.

Xatırladaq ki, ötən gün İrana məxsus hərbi katerlər Hörmüz körfəzində ABŞ hərbi gəmisinə yaxınlaşıb. Rəsmi Tehran insidentin baş verməsində ABŞ tərəfini günahlandırıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31