Gündəm
Məhkəmədə Ziya Məmmədovun müşavirinin Akif Çovdarova pul verdiyi açıqlanıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R. Əhmədov vəkilin suallarını cavablandırıb. O qeyd edib ki, qızılları Ç. Baxşıyevin qızı Fatma Baxşıyevanın həyat yoldaşına verib: "Həmin gün onların evində xidmətçi qadın da vardı".
Vladimir Putin: “Rusiyada törədilən cinayətlərin təxminən yarısının üstü açılmır”
“Rusiyada törədilən cinayətlərin təxminən yarısının üstü açılmır”. Bunu Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin geniş kollegiya iclasında bildirib.
Türkiyə Prezident Administrasiyası Almaniya kanslerinə cavab verib
“Angela Merkel haqlıdır. Bəzi məsələlərdə, xüsusilə terrora qarşı mübarizədə Türkiyə ilə Almaniya arasında dərin fikir ayrılığı var”. bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın bildirib.
Rusiya prezidenti DİN-in 10 generalını vəzifədən azad edib
Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin müxtəlif strurkturlarına rəhbərlik edən 10 generalı tutduğu vəzifədən azad edib.
İŞİD Mosulun 85 faizini itirib
İŞİD terror qruplaşmasının yaraqlıları hazırda Mosulun yalnız 15 faizinə nəzarət edirlər. Bunu İraqın Rusiya Federasiyasındakı səfiri Heydər Mansur Hadi bildirib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, səfirin sözlərinə görə, iki il əvvəl İŞİD İraq ərazilərinin 40 faizini zəbt etmişdi. İndi isə onun əlində yalnız Mosulun 15 faizi qalıb. Qruplaşmanın İraqdakı paytaxtı hesab olunan bu şəhər tezliklə terrorçulardan tam azad ediləcək və beləliklə İŞİD-in bu ölkədə varlığına son qoyulacaq.
Musa Qasımlı: "İran və Azərbaycan arasında ticarət dövriyyəsi artıb"
Cənab Prezident İlham Əliyevin İrana səfəri, keçirdiyi görüşlər müstəsna əhəmiyyət daşıyır. Bu sözləri millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, ilk növbədə ona görə ki, İran bizimlə qonşu ölkədir: “Son illər hər iki dövlət arasında iqtisadi əlaqələr genişlənib. İran və Azərbaycan arasında ticarət dövriyyəsi artıb. Ötən il Azərbaycan və İran arasında ticarət dövriyyəsi 70 faizdən çox artıb. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi tarixi hadisədir. Bu layihə eyni zamanda regional əməkdaşlıq məsələlərinə mühüm töhfə verir. İndi regionda üçtərəfli formatların sayı çoxalır. Bu nəinki Azərbaycanın və İranın, ümumiyyətlə digər ölkələrin bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayacaq".
Dəhşətli qəzada yaralanan gənc: "Qız iki oturacağın arasında qaldı"
"Qəza zamanı ölən qızın adı Çinarə olub. O, iki oturacağın arasında qalaraq ölüb". Bunu Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicə alan yaralı tələbələr deyiblər. Onların sözlərinə görə, avtobus sürətlə hərəkət edib.
İyirmi yeddinci İran səfərnaməsi
Məzuniyyətdəyəm. Qubaya gəlmişəm. Üç gündür ki, burada istirahət edir, “Haykular və vakalar” adlı kitabım üzərində işləyirəm. Yazı masamın üstündə hələ əlyazması şəklində olan üç kitab da var.
Binəqədidə kabel oğruları ələ keçib
Fevralın 27-də Xocasən qəsəbəsi ərazisindəki evləri elektrik enerjisi ilə təmin edən naqilin 327 metrlik hissəsi oğurlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluqda şübhəli bilinən qəsəbə sakinləri Maarif Cəfərov, Elman Əsədullayev və əvvəllər məhkum olunmuş İsrafil Ağaverdiyev tutulublar.
Metroda cibgir saxlanıb
Martın 8-də metronun "Nizami Gəncəvi" stansiyasında qatarda Ağsu rayon sakini Camo Qəniyevin cibindən mobil telefonunu oğurlanıb. DİN-dən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Nazim Tağıyev tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Tərtər sakinindən tapança götürülüb
Paytaxt polisi vətəndaşda odlu silah aşkar edib. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tərtər rayon sakini Rəşad Məmmədovdan "Naqan" markalı tapança götürülüb. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Balıq alarkən nələrə diqqət yetirilməlidir?
Balıq və balıq məhsullarının insanların qidalanmasında böyük əhəmiyyəti vardır. Bu qəbildən olan məhsulların tərkibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olduğundan onların əksəriyyətini adi şəraitdə uzun müddət keyfiyyətli saxlamaq mümkün olmur.
Putin Ərdoğanla Karlovun qətlini müzakirə edəcək
Rusiya Prezidenti Vladimir Putin martın 10-da Moskvada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Andrey Karlovun qətlinin istintaqını da müzakirə edəcək. Bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Soyğunçuluqla məşğul olan dəstə zərərsizləşdirilib
Gəncə polisi ötən il baş verən cinayətin üstünü açmağa müvəffəq olub. DİN-dən verilən məlumata görə, Gəncə ŞBPİ, Nizami və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabr ayının 19-da şəhər sakini Vilayət Abbasovun 4.000 manat, 67 ABŞ dolları və 11.150 rubl pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş Yaşar Nağıyev və Abbas Abbasov tutulublar.
Mənzilə oğurluğa girən şəxs yaxalanıb
Abşeron rayonunda mənzilə oğurluğa girən şəxs yaxalanıb. DİN-dən verilən məlumata görə, martın 7-də Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan Sahibə Mirzəyevanın evinə pəncərədən girən naməlum şəxs ona zor tətbiq edərək qızılların yerini deməsini tələb edib, lakin səs-küy yarandığından hadisə yerindən qaçıb. Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən ev sahibinin qohumu Səbuhi Həmidov saxlanılıb.














