Balıq alarkən nələrə diqqət yetirilməlidir?
Balıq və balıq məhsullarının insanların qidalanmasında böyük əhəmiyyəti vardır. Bu qəbildən olan məhsulların tərkibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olduğundan onların əksəriyyətini adi şəraitdə uzun müddət keyfiyyətli saxlamaq mümkün olmur.
9 Mart 2017 15:35 SosialKeyfiyyətsiz balıq məhsulları sağlamlıq üçün ciddi fəsadlar yarada bilər
Balıq və balıq məhsullarının insanların qidalanmasında böyük əhəmiyyəti vardır. Bu qəbildən olan məhsulların tərkibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olduğundan onların əksəriyyətini adi şəraitdə uzun müddət keyfiyyətli saxlamaq mümkün olmur. Ona görə də belə məhsulların saxlanılma müddətini artırmaq üçün onları müxtəlif üsullarla konservləşdirirlər. Lakin, bəzi istehsalçılar bir az da irəli gedərək məhsulun saxlanma müddətini süni yolla artırılmasına üstünlük verirlər. Belə ki, məhsullara müxtəlif kimyəvi maddələr atmaqla ömrünü uzatmağa çalışırlar. Balıq məhsullarını isə heç bir standarta uyğun olmayan şəraitdə satışa çıxarırlar. Paytaxtın bəzi ərazilərində isə belə məhsullar tamamilə antisanitar şəraitdə alığılara təklif olunur. Novruz bayramının yaxınlaşdığını nəzərə alsaq, belə halların daha da artığını etifar etmək zorunda qalırıq. Belə vəziyyət isə insan orqanizmi üçün potensial təhlükə mənbəyidir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə,balıq konservləri özünəməxsus dada və qida dəyərlərinə malikdir. Hazırda ticarət şəbəkəsində istehlakçılara ən müxtəlif çeşidli balıq konservləri təklif olunur. Bu məhsullar əsasən balığın hazırlanmasının xarakterindən və qida, tam əlavələrindən asılı olaraq təbii və yeyinti növlərinə bölürlər. Təbii konservlər tam və qoxusunu dəyişən məhsullar əlavə etmədən öz şirəsində, bulyonunda, yeyinti konservlərini isə tomat sous, yağ, və s. əlavə edilməklə hazırlanır.Balıq konservləri metal və ya şüşə bankalarda qablaşdırılır. Metal bankalara yan tərəfdən və ya qapağın üstündən litoqrafiya üsulu və ya su aparmayan rənglə məhsulun istehsal və son istifadə tarixi həkk olunur. Eyni zamanda qablaşdırmanın üzərinə yapışdırılan kağız etiketdə istehsalçının adı və ünvanı, əmtəə nişanı, qida dəyəri, saxlanma müddəti və s. məlumatlar əksini tapmalıdır.Ticarət şəbəkəsində bu məhsulları müxtəlif müddətlərdə 20ºC-dək olan temperaturda 75%-dən çox olmayan nisbi rütubətdə saxlamaq olar. Konservlərin optimal temperaturda saxlama müddəti onların növündən asılıdır. Məsələn yağda hazırlanmış balıq konservləri 20º temperaturda 2 ilədək saxlamaq olar. Tomatda olan balıq konservləri isə 0-5º temperaturda 18 aydan artıq olmayaraq saxlanılır. Ümumilikdə isə qida üçün hazır olan və hermetik qablarda daha çox saxlanıla bilən məhsullardan olan balıq konservlərinin saxlama müddəti məhsulun növündən, qablaşdırılmasından və saxlama şəraitindən asılı olaraq 6 aydan 3 ilədək müəyyən edilir. Xidmətdən o da bildirilib ki, balıq konservləri sterilizə olunmuş, hermetik qabda yerləşdirilən, istifadəyə hazır və müəyyənləşdirilmiş müddətədək saxlanılarkən keyfiyyətini itirməyən məhsuldur: "Balıq konservləri alarkən istehlakçıların bir sıra məsələlərə diqqətlə yanaşması zəruridir. Çünki keyfiyyətsiz balıq və balıq məhsullarının istehlakı sağlamlıq üçün ciddi fəsadlar yarada bilər. Bunun baş verməməsi üçün balığın keyfiyyətinə, saxlanma şəraiti və müddətinə xüsusi fikir verilməlidir. Bu məhsulları alarkən onların markalanmasında olan məlumatları diqqətlə nəzərdən keçirilməlidir. Balıq konservləşdirilmiş metal qablarda əziklər, batıqlar və pas olduqda onları almaqdan çəkinmək lazımdır".
Nurlan