Mənzilə oğurluğa girən şəxs yaxalanıb
Abşeron rayonunda mənzilə oğurluğa girən şəxs yaxalanıb. DİN-dən verilən məlumata görə, martın 7-də Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan Sahibə Mirzəyevanın evinə pəncərədən girən naməlum şəxs ona zor tətbiq edərək qızılların yerini deməsini tələb edib, lakin səs-küy yarandığından hadisə yerindən qaçıb. Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən ev sahibinin qohumu Səbuhi Həmidov saxlanılıb.
9 Mart 2017 15:30 KriminalAbşeron rayonunda mənzilə oğurluğa girən şəxs yaxalanıb. DİN-dən verilən məlumata görə, martın 7-də Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan Sahibə Mirzəyevanın evinə pəncərədən girən naməlum şəxs ona zor tətbiq edərək qızılların yerini deməsini tələb edib, lakin səs-küy yarandığından hadisə yerindən qaçıb.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən ev sahibinin qohumu Səbuhi Həmidov saxlanılıb.