Gündəm

Milli-mənəvi dəyərlərimiz və gənclik mövzusunda tədbir keçirilib

9 Mart 2017 16:51

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı şəhəri Qabaq Dadva məhəllə məscidi dini icması martın 9-da “İslamda həmrəylik və sülh çağırışları” adlı layihə çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda maarifləndirici tədbir keçirib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, icma sədrləri, gənclər və ziyalılar iştirak ediblər.

Bonnda almanların iştirakı ilə Azərbaycanı tanıtım tədbiri keçirilib

9 Mart 2017 16:50

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Bonn şəhərində Azərbaycanı tanıtım tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə əksəriyyəti alman olmaqla 100 nəfərədək qonaq iştirak edib. Onların arasında türk diasporunun nümayəndələri, soydaşlarımız, istedadlı gənclər və alimlər olub. Almanca keçirilən tədbirdə qonaqlara Azərbaycan haqqında, onun tarixi, mədəniyyəti, buradakı tolerantlıq ənənələri, Qarabağ həqiqətləri, Xocalı soyqırımı haqqında geniş məlumat verilib. Çıxış edənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniyadan və digər Avropa dövlətlərindən ədalətli mövqe tələb edərək, Xocalını soyqırımı kimi tanımağa və faciəyə beynəlxalq hüquqi qiymət verməyə çağırıblar.

Danimarkada təhsil alan azərbaycanlı tələbədən tibb elminə töhfə

9 Mart 2017 16:46

Kopenhagen Universitetinin 3-cü kurs tələbəsi, əslən azərbaycanlı Xaqan Aşina tibb elmi üçün əhəmiyyətli olan tədqiqat aparıb. Bu barədə ”OLAYLAR”-a məlumat Danimarkada fəaliyyət göstərən ”Vətən” Cəmiyyətindən daxil olub. Bildirilib ki, həmyerlimizin kəşfi barədə Danimarka mediası da yazılar dərc edib. Məqalələrdə qeyd edilir ki, Danimarka alimləri, siqaret çəkən hamilə qadınların uşaqlarında görmə problemlərinin yarandığını, belə uşaqlarda retinanın daha nazik olduğunu aşkarlayıblar. Belə ki, hamiləlikdə nikotin qəbulunun dölə mənfi təsiri çoxlarına məlum olan faktdır, lakin hamiləlikdə çəkilən siqaretlərin uşağın görmə qabiliyyətinə məhz hansı yöndə təsir göstərməsi, indiyə qədər tibb elminə məlum deyildi.

Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir

9 Mart 2017 16:44

“Azərbaycan-İran münasibətlərinin inkişafı bütövlükdə bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəmlidir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikri yap.org.az saytına Milli Məclisin komitə sədri, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov səsləndirib.

Lukaşenko: "Rusiyada hansısa ağıllı bizi diz çökdürəcəyini düşünürsə, bilsin ki, bu, olmayacaq"

9 Mart 2017 16:42

"Rusiya-Belarus münasibətlərinin əsasında mühasibat durmamalıdır". Bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. A. Lukaşenko Rusiyanın baş naziri Dmitri Medvedevin bir neçə gün əvvəl Bişkekdə Avrasiya İqtisadi Birliyinin hökumətlərarası komissiyasının iclası zamanı Belarusa təbii qazın Avropa qiymətlərinə satıla biləcəyi ilə bağlı bəyanatına cavab verib.

Qadın təcridxanada uşaq dünyaya gətirib

9 Mart 2017 16:40

Martın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xalidə Bəkirova və Gülşən Bəkirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.Məlumata görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Hazırlıq iclasında məlum olub ki, X.Bəkirova Bakı İstintaq Təcridxanasında bir neçə gün əvvəl uşaq dünyaya gətirib. Həmin körpəni məhkəmə keçirilən zala Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları gətirib.Məhkəmənin baxış iclası martın 15-nə təyin edilib.

“Kinoman” layihəsi tələbələrə təqdim olunub

9 Mart 2017 16:39

Martın 9-da Azərbaycan Texniki Universiteti Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzi ilə Nizami Kino Mərkəzinin “Kinoman” adlı birgə layihəsi tələbələrə təqdim olunub. GVİİM-in Mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, layihənin həyata keçirilməsində məqsəd gənclərin Azərbaycanın tarixi və müasir filmləri haqqında dərin biliklərə yiyələnmələridir.

Tələbələr yeni imtahan üsuluna keçiddən razı qalıblar

9 Mart 2017 16:37

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ikinci kurs tələbələri ilə görüş keçirib. ATU-nun mətbuat xidmətindən “Olaylar”a verilən mlumata görə, bütün fakültələrlə ayrı-ayrılıqda görüşən rektor tələbələrə universitet haqda ətraflı məlumat verib. Tədris ilində görülən işlərdən, tətbiq olunan yeniliklərdən danışıb. Rektor G. Gəraybəyli ATU-nun Azərbaycan təhsilində tutduğu mövqedən, o cümlədən gənclərin maariflənməsində müstəsna rolundan bəhs edib.

Millət vəkili: “Yol qəzalarına qarşı mübarizə gücləndirilməlidir”

9 Mart 2017 16:35

“Bakı-Sumqayıt yolunda baş verən qəza nəticəsində həyatını itirən tələbələrimizə Allahdan rəhmət, yaralılarımıza acil şəfalar diləyirik. İnanırıq ki, bu faciəli hadisənin başvermə səbəbləri ciddi araşdırılacaq”. Bunu deyən millət vəkili Qənirə Paşayeva əlavə edib ki, yol qəza hadisələrinin azalması üçün dövlət qurumlarının və cəmiyyət olaraq hamımızın üzərinə böyük məsuliyyət düşür: “Həyatını itirən gənc balalarımız hamımızı üzməklə yanaşı, bu cür hadisələr hamımızı ciddi narahat da etməlidir. Bu cür hadisələri yaradan səbəblərə qarşı, onların aradan qaldırılması istiqamətində mübarizəmizi güclədirməliyik”.

Deputat: “Şəhərətrafı qəsəbələrə işləyən bütün avtobusların sazlığı yoxlanmalıdır”

9 Mart 2017 16:34

“Bu gün səhər Bakı-Sumqayıt yolunda baş vermiş avtomobil qəzası və beş nəfərin həlak olması xəbəri hər bir kəsi sarsıtdı. Həm həlak olanların, həm 20 nəfər yaralının gənc, tələbə olması çox ciddi bir hadisədir”.

Dövlət büdcəsinə 134 milyon 471 min manat vəsait ödənilib

9 Mart 2017 16:33

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin fevral ayında dövlət büdcəsinə 134 milyon 471 min manat vəsait ödənilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbıərə görə, bu göstərici 2016-cı ilin fevral ayı ilə müqayisədə 36 milyon 271 min manat və ya 136,9 faiz çox olub.

Rusiyada nəşr olunan “Voda maqazin” jurnalında 1-ci Bakı Beynəlxalq Su Həftəsindən bəhs edən məqalə dərc edilib  

9 Mart 2017 16:32

14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında keçiriləcək Birinci Bakı Beynəlxalq Su Həftəsi xarici mətbuatın diqqət mərkəzindədir.

Avropa Parlamentində görüşlər

9 Mart 2017 16:30

Milli Məclisin mətbuat xidməti xəbər verir ki, Avropa İttifaq;-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentində görüşləri davam edir. Martın 7-də Aİ-Azərbaycan münasibətlərinə dair Avropa Parlamentində baş tutmuş uğurlu dinləmələrdən sonra Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və müavini Kamran Bayramov Avropa Parlamentinin bir sıra üzvləri və Avropa Xarici Siyasət İdarəsinin məsul nümayəndələri ilə görüşlər keçirmişlər. Görüşlərdə Azərbaycan Respublikasının Belçikada səfiri Fuad İsgəndərov da iştirak edib.

Sosial təminat sahəsində cari məsələlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib

9 Mart 2017 16:29

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) orqanlarının rəhbər şəxslərinin iştirakı ilə Fondun fəaliyyət sahələri, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının toplanması, sığorta-pensiya münasibətlərinin təşkili, sosial təminat işlərinin düzgün təşkili və s. üzrə cari məsələlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

DİN beş tələbənin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

9 Mart 2017 16:23

Daxili İşlər Nazirliyi (DİN) Bakı-Sumqayıt yolunda baş vermiş qəza barədə məlumat yayıb. DİN-in mətbuat xidmətindən  daxil olan məlumatda deyilir ki, martın 9-da saat 08 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.