Sosial təminat sahəsində cari məsələlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) orqanlarının rəhbər şəxslərinin iştirakı ilə Fondun fəaliyyət sahələri, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının toplanması, sığorta-pensiya münasibətlərinin təşkili, sosial təminat işlərinin düzgün təşkili və s. üzrə cari məsələlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar kursunun, dövlət başçısının imzaladığı fərman və sərəncamların, qəbul etdiyi qərarların müsbət nəticələrinin 2017-ci ilin ilk aylarında da aydın şəkildə özünü göstərdiyini vurğulayıb.

İclasda Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət sahələrinə dair məsələlər ətraflı müzakirə olunub və aidiyyəti məsələlər, habelə əhaliyə daim nümunəvi xidmətin təşkili ilə bağlı tapşırıqlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31