Danimarkada təhsil alan azərbaycanlı tələbədən tibb elminə töhfə
Kopenhagen Universitetinin 3-cü kurs tələbəsi, əslən azərbaycanlı Xaqan Aşina tibb elmi üçün əhəmiyyətli olan tədqiqat aparıb. Bu barədə ”OLAYLAR”-a məlumat Danimarkada fəaliyyət göstərən ”Vətən” Cəmiyyətindən daxil olub. Bildirilib ki, həmyerlimizin kəşfi barədə Danimarka mediası da yazılar dərc edib. Məqalələrdə qeyd edilir ki, Danimarka alimləri, siqaret çəkən hamilə qadınların uşaqlarında görmə problemlərinin yarandığını, belə uşaqlarda retinanın daha nazik olduğunu aşkarlayıblar. Belə ki, hamiləlikdə nikotin qəbulunun dölə mənfi təsiri çoxlarına məlum olan faktdır, lakin hamiləlikdə çəkilən siqaretlərin uşağın görmə qabiliyyətinə məhz hansı yöndə təsir göstərməsi, indiyə qədər tibb elminə məlum deyildi.
9 Mart 2017 16:46 SosialKopenhagen Universitetinin 3-cü kurs tələbəsi, əslən azərbaycanlı Xaqan Aşina tibb elmi üçün əhəmiyyətli olan tədqiqat aparıb. Bu barədə "OLAYLAR"-a məlumat Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətindən daxil olub. Bildirilib ki, həmyerlimizin kəşfi barədə Danimarka mediası da yazılar dərc edib. Məqalələrdə qeyd edilir ki, Danimarka alimləri, siqaret çəkən hamilə qadınların uşaqlarında görmə problemlərinin yarandığını, belə uşaqlarda retinanın daha nazik olduğunu aşkarlayıblar. Belə ki, hamiləlikdə nikotin qəbulunun dölə mənfi təsiri çoxlarına məlum olan faktdır, lakin hamiləlikdə çəkilən siqaretlərin uşağın görmə qabiliyyətinə məhz hansı yöndə təsir göstərməsi, indiyə qədər tibb elminə məlum deyildi. Göz xəstəlikləri sahəsində dünyanın nüfuzlu nəşrlərindən sayılan JAMA Ophthalmology jurnalında, araşdırmanın nəticələrinə dair dərc colunmuş məqalədə, hamiləlik dövründə siqaret çəkən anaların uşaqlarında retina qalınlığının digər uşaqlarla müqayisədə 5% daha nazik olduğu qeyd olunur. Təcrübələr Danimarka Milli Xəstəxanasında 11 və 12 yaş arası, 1323 danimarkalı uşaq arasında aparılıb. Məqalənin baş müəllifi, əslən azərbaycanlı Xaqan Aşinanın sözlərin əgörə, "Xeyli qadın hamiləlik dövründə də siqaret çəkməyə davam etməklə, dölün retinasının sinir liflərini tütünün toksik təsirlərinə məruz qoyur. Belə uşaqların gələcəkdə göz xəstəliklərinə yaxalanma ehtimalı da yüksək olur. İnsan yaşlandıqca sinir lifləri zəifləyir, retinanın bəzi hissələrində yarıqlar əmələ gəlir. Yəni retinada sinir liflərinin ehtiyatı, yaşlılıq dövrü üçün çox vacibdir" deyə, Aşina bildirir.