Milli-mənəvi dəyərlərimiz və gənclik mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı şəhəri Qabaq Dadva məhəllə məscidi dini icması martın 9-da “İslamda həmrəylik və sülh çağırışları” adlı layihə çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda maarifləndirici tədbir keçirib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, icma sədrləri, gənclər və ziyalılar iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı şəhəri Qabaq Dadva məhəllə məscidi dini icması martın 9-da "İslamda həmrəylik və sülh çağırışları" adlı layihə çərçivəsində "Milli-mənəvi dəyərlərimiz və gənclik" mövzusunda maarifləndirici tədbir keçirib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, icma sədrləri, gənclər və ziyalılar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması sahəsində Ulu Öndər Heydər Əliyevin, eləcə də cənab Prezident İlham Əliyevin apardığı genişmiqyaslı tədbirlərdən söhbət açıb. Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, İlahiyyat üzrə fəlsəfə doktoru, Masallı şəhəri "Hacı Mirağa" məscidi dini icmasının sədri Əliqulu Qardaşov, Masallı Dövlət Regional Kollecinin direktor müavini Baba Həsənov və tələbə Pərviz Bəşirov, Masallı şəhər Qabaq Qadva məhəllə məscidi dini icmasının sədri Vaqif Mikayılov və başqaları öz çıxışlarında milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin qarşısında duran vəzifələrdən danışıblar. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31