Gündəm

"Sataşdığı" qızdan müğənniyə sərt cavab: "Namussuzlar namusdan danışır"

9 Mart 2017 18:11

Son günlər bir-birləri haqqında xoşagəlməz ifadələr işlədən Hənifə ilə Nihat Doğan qalmaqalında Hənifənin verdiyi son açıqlama hələ çox danışılacaq.  Nihat Doğanın "Evlilik verlişində hicablı qadınların nə işi var" sözünə, Hənifə "Namussuzlar namusdan danışır" cavabını verib.

Elektron imza vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı artmaqda davam edir

9 Mart 2017 18:09

Elektron imza virtual mühit istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən vasitələrdən biridir. O, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur.

Rusiyalı qadını qətlə yetirən Türkiyə vətəndaşına AĞIR CƏZA

9 Mart 2017 18:01

Üç nəfəri, o cümlədən rusiyalı Yelena Radçikovanı qətlə yetirən Türkiyə vətəndaşı Atalay Filiz ömürlük azadlıqdan məhrum edilib. A.Filiz 2013-cü ilin sentyabrında Y.Radçikovanı və onun tanışı, Türkiyə vətəndaşı Göktuğ Demirarslanı qətlə yetirmişdi.

"Qəzaya uğrayan mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib"

9 Mart 2017 18:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün Bakı-Sumqayıt yolunda 5 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

İran nümayəndə heyəti ilə görüş keçirilib

9 Mart 2017 17:56

Martın 9-da İranın Əmirabad Limanının nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevlə görüşüb. Xəzər Dəniz Gəmiçiliyindən “OLAYLAR”-a bildirilib ki, podratçı şirkətlərin nümayəndələrinin də iştirak etdiyi görüşdəKamal Abdullahi təmsil etdiyi Əmirabad Limanında hazırda aparılan tikinti işləri haqqında məlumat verib. Limanda bərə terminalının da inşa edildiyini deyən qonaq tikinti işlərinin yaxın bir il ərzində başa çatacağını bildirib.

“2016-cı ilin alimi” müsabiqəsi elan olundu

9 Mart 2017 17:55

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində "2016-cı ilin alimi" mükafat müsabiqəsini elan edib.

Mehriban Əliyeva: “Əsas məqsəd Bakı və Sumqayıtda 4 min köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir” - YENİLƏNİB

9 Mart 2017 17:50

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.

"Uzaq məsafədən gətirilən heyvan 18 saatdan sonra kəsilməlidir"

9 Mart 2017 17:40

Ötən il ərzində baytarlıq-sanitariya tələblərini pozanlar barəsində İnzibati Xətalar Məcəlləsinin 289-ci maddəsinə uyğun olaraq, 174 inzibati xəta haqqında protokol tərtib olunub.

16 nəfərlik maşına 28 nəfər necə yerləşib? - ŞOK AÇIQLAMA

9 Mart 2017 17:38

Bu gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzanın səbəbləri, bu hadisədə kimlərin günahkar olması müzakirə mövzusuna çevrilib. Əsas müzakirə olunan məqam isə maksimum 16 nəfər üçün nəzərdə tutulmuş "Ford Transit" markalı mikroavtobusda 28 sərnişinin olmasıdır. Səhiyyə Nazirliyinin açıqlamasına görə, hadisə zamanı avtobusda ümumilikdə 28 nəfər olub. Hər kəs "necə olur ki, 16 nəfərlik avtobusdan 5 ölü, 20 yaralı çıxır" deyə suallar səsləndirir.

Lütfi Zadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb

9 Mart 2017 17:37

ABŞ-ın Kaliforniya Universitetinin professoru, Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru Lütfi Zadə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Züleyxa Nadir yazır... Üstümüzdən keçən avtobuslar...

9 Mart 2017 17:30

Bu sabah (dünən-red) oxuduğum xəbərdən sarsıldım. Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində yaranıb. Sərnişinlərin hamısı Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Beş nəfər ölüb, 21 nəfər yaralanıb. Bircə kəlmə pıçıldaya bildim: dəhşət!..

“Qətiyyətlə deyə bilərik ki....”

9 Mart 2017 17:28

Ölkədə söz və məlumat azadlığı, fikir plüralizminin tətbiq edilməsi, onun inkişaf etdirilməsi istiqamətində görülən işlər, atılan addımlar, eləcə də bu sahədə möcud olan vəziyyətlə bağlı Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyevin “OLAYLAR”-a müsahibəsi

Tanınmış şəxs saxta içkidən öldü - TÜRKİYƏDƏ

9 Mart 2017 17:26

Kadıköydə saxta içkidən zəhərlənərək xəstəxanaya çatdırılan Güray Tan Misir həyatını itirib. Döymə ustası olaraq işləyən Güray Tan Misirin (45), bazar günü qəfil halı pisləşərək Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Saxta içkidən zəhərləndiyi müəyyən edilən Misir, Göztepe Təhsil və Araşdırma Xəstəxanasına göndərilib. Güclü nəzarət altında müalicə olunan Misirin həyatını xilas etmək mümkün olmayıb. 

Hadisə yerindən qaçan sürücü həbs edildi

9 Mart 2017 17:24

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü həbs olunmuşdur.

Qəzaya düşən mikroavtobus qanunsuz fəaliyyət göstərirmiş

9 Mart 2017 17:00

Bu gün Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümü ilə nəticələnən qəzanı törədən mikroavtobusun qeyri-qanuni fəaliyyət göstərdiyi məlum olub.