“Qətiyyətlə deyə bilərik ki....”
Ölkədə söz və məlumat azadlığı, fikir plüralizminin tətbiq edilməsi, onun inkişaf etdirilməsi istiqamətində görülən işlər, atılan addımlar, eləcə də bu sahədə möcud olan vəziyyətlə bağlı Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyevin “OLAYLAR”-a müsahibəsi
9 Mart 2017 17:28 SosialAzər Verdiyev: "Azərbaycan dünyada media və söz azadlığının təminatına görə dünyada ən ön sıralarda gedən dövlətlərdən biridir"
Ölkədə söz və məlumat azadlığı, fikir plüralizminin tətbiq edilməsi, onun inkişaf etdirilməsi istiqamətində görülən işlər, atılan addımlar, eləcə də bu sahədə möcud olan vəziyyətlə bağlı Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyevin "OLAYLAR"-a müsahibəsi
-Azər müəllim,, bu gün Azərbaycan mediası, kütləvi indormasiya vasitələrinin durumunu necə dəyərləndirirsiniz?
-Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti Azərbaycan jurnalistikasını formalaşdırmaqla yanaşı maarifçiliyin təbliğinə xidmət edirdi. Postsovet məkanında totalitar rejimdən çıxmış ölkələrdən ilk dəfə Azərbaycanda jurnalistika sahəsində qanunvericilik çox sürətlə beynəlxalq təcrübəyə uyğunlaşdırıldı. Media üzərində nəzarət funksiyasını həyata keçirən senzura, eləcə də mətbuat və informasiya nazirliyi ləğv olundu. Azərbaycanda dövlət səviyyəsində mediaya dəstək konsepsiyası qəbul olundu. Mətbuat Şurası və Milli Teleradio Şurasının yaranması və qanunvericiliyin təkmilləşməsi ilə Azərbaycan modern media məkanın tərkib hissəsinə çevrildi. Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bəli, ulu öndər hələ dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə, xüsusən də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olarkən mətbuatla sıx təmas onun iş prinsipinin başlıca istiqamətlərindən biri olub. Bu ondan irəli gəlirdi ki, Heydər Əliyev hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi. Məhz bütün bu faktorlar bugünkü Azərbaycan mediasının formalaşmasını şərtləndirmişdir. Bugün tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan dünyada media və söz azadlığının təminatına görə dünyada ən ön sıralarda gedən dövlətlərdən biridir.
Müasir Azərbaycan mətbuatının inkişaf meyylləri haqqında söz açmaq üçün ilk növbədə onun kəmiyyət göstəricilərinə nəzər salmaq lazımdır. Hal-hazırda Azərbaycanda 3000-dən (üç min) artıq KİV qeydə alınmışdır. 8 milyonluq Azərbaycan üçün bu rəqəmin çox olduğunu söyləsək, zənnimcə, yanılmarıq. Bununla yanaşı, onu da söyləmək olar ki, bu qədər çap məhsulunun olması ölkədə fikir rəngarəngliyi və plüralizmin olmasına dəlalət edir. Bu fikrin nə qədər doğru olub-olmamasını qəbul etmək üçün müəyyən araşdırma və müqayisələrə müraciət etmək lazım gələcək.
-Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi fikir, söz və məlumat azadlığına nə dərəcədə önəm verir və bu prinsiplərin tətbiqinə əməl edir?
-Sivilizasiyaların bir-birini əvəz etdiyi, informasiya cəmiyyətinin təşəkkül tapdığı, jurnalistikanın sərhəd tanımadığı müasir dövrdə insan azadlığı problemi xüsusi əhəmiyyət kəsb etməyə başlamışdır. Bunlar informasiya sahəsində azadlıq probleminin öyrənilməsində yeni yanaşmanın formalaşmasına təkan verən amillərdəndir. İnformasiya daşıyıcısı və yayıcısı kimi kütləvi informasiya vasitələrinin azadlığı əsl demokratik vətəndaş cəmiyyəti quruculuğunun başlıca şərtlərindən biridir. Bunsuz vətəndaşların siyasi və ictimai həyatda daha fəal iştirakı üçün vacib olan informasiyanı əldə etmək mümkün deyil
-Ümumiyyətlə digər ölkələrlə müqayisədə Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından necə xarakrerizə edilə bilər?
-Bu gün dövlət siyasətini KİV-siz təsəvvür etmək qeyri-mümkündür. Artıq KİV ölkənin ictimai-siyasi hakimiyyətinin bütün fəaliyyət sahələrinə nüfuz edə bilir. KİV informasiya mənbəyi olaraq vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır, eyni zamanda informasiyanın cəmiyyətdə yayılmasının əsas vasitəsinə çevrilməkdədir. KİV dedikdə dövri çap buraxılışları, radio-televiziya, kinoxronikal proqramlar, kütləvi informasiyaların dövri yayılmasının digər formaları başa düşülür. KİV təyinat, yayılma və dövrilik xüsusiyyətlərinə malikdir. KİV-in fəaliyyət istiqamətləri insan hüquq və azadlıqlarına hörmət, demokratiklik, kütləvi informasiyanın azadlığı, dəqiqlik, müstəqillik, obyektivlik, sosial əməkdaşlıq prinsiplərinə əsaslanmalıdır. Bu gün informasiyanın keyfiyyət prinsipi insan və cəmiyyət üçün böyük əhəmiyyət kəsb edir. İnformasiya insana hər şeydən əvvəl düşünmək, öz rolunu və yerini müəyyənləşdirmək üçün lazımdır. KİV vasitəsilə şəxsiyyətdə vətəndaşlıq hissini formalaşdırmaq vacibdir.
-Dövlət və onun prezidenti ölkədə fikir, söz və məlumat azadlığının təmin olunması istiqamətində hansl addımlar atır?
-Millətin maariflənməsi, yeni təfəkkürün formalaşması, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından bu gün Azərbaycan mediası böyük məsafə qət edib. Hazırda hər kəs öz fikrini azad şəkildə ifadə edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada ölkə vətəndaşlarının söz və fikir azadlıqları təsbit olunub. Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Azərbaycanda senzura aradan qaldırılıb. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının yeni qanunu qəbul edilib. Liberal mahiyyət daşıyan bu qanun KİV sahəsindəki fəaliyyətin hər bir şəxs üçün ələçatımlılığını təmin etməklə yanaşı, həm də cəmiyyətdə söz və ifadə azadlığının dərinləşməsinə, ümumən demokratik cəmiyyət quruculuğu prosesinin sürətlənməsinə yönəlib. 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə media üzərində dövlət nəzarətinə tamamilə son qoyuldu ki, bu da azad medianın inkişafına təkan vermiş oldu. Medianın azad olması ilə yanaşı onun iqtisadi sıxıntılardan qurtulması da əsas şərtlərdən biri idi. Prezident İlham Əliyev Heydər Əliyev zamanında əsası qoyulmuş mediaya dövlət qayğısı siyasətini sistemləşdirib, onun qanunvericilik bazasını formalaşdırıb.
-Bəs bu məqsədlə mətbuata hansı imkanlar və şərait yaradılır?
-Dövr dəyişir, yeni-yeni tələblər gündəmə gətirilir. Mətbuat cəmiyyətin güzgüsüdür və məhz bu baxımdan bu sahədə çalışan qələm sahibləri bütün fəaliyyətləri boyu həqiqəti və obyektivliyi başlıca meyar kimi qəbul etməli və buna əməl etməlidirlər. Unutmayaq ki, ulu öndər Heydər Əliyev ölkə jurnalistlərini hər zaman obyektivliyə dəvət edir, onları bu istiqamətdə öz fəaliyyətlərini daha da genişləndirməyə çağırıb. "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir" söyləməklə açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edib. Bu məqsəd də daim önə çəkilirdi ki, kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Bugün Prezident İlham əliyev tərəfindən mediamıza göstərilən diqqət, qayğı, qəbul edilən sərəncamlar birmənalı şəkildə ölkə mediasının dünya şərtləri ilə ayaqlaşmasını şərtləndirir.
-Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından öndə olduğu halda, bəzi beynəlxalq təşkilatların müntəzəm olaraq bu sahədə Azərbaycanı hədəf seçməsi nəyə hesablanıb və məqsəd nədir?
-Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın dərk olunur. Ən əsası nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir və bu gün mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha qabarıq şəkildə özünü büruzə verir. İnformasiya mübarizəsində qələbə uğura yol açan əsas amillərdəndir. Dağlıq Qarabağ probleminin əsil mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıyıq. Azərbaycanın uğurlarını qəbul etməyən, daha dəqiq desək, həzm etməkdə çətinlik çəkən dairələr daim ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Azərbaycanın bəzi dairələr tərəfindən qeyri-demokratik ölkə kimi təqdim olunması da, aparılan qərəzli siyasətin əsas tərkib hissəsidir. Bu gün mətbuat belə qərəzli yanaşmalara cavab olaraq Azərbaycanan ayrı-ayrı sahələrdə əldə etdiyi uğurları əsaslı şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Azərbaycan demokratik ölkədir. Ölkəmizin demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Bəzi beynəlxalq təşkilatların verdiyi qərəzli hesabatlar isə birmənalı şəkildə düşmən lobbisinin mənfru siyasətinin tərkib hissəsidir. Bu tək biz yox, dünya ölkələri də qəbul ediblər.
-Azərbaycan mediasının gələcək perspektivlərini necə qiymətləndirərdiniz?
-Ulu Öndər tərəfindən əsası qoyulan mətbuat siyasəti bugün Prezident İlham Əliyev tərəfindən uğurla icra olunur. Demək olar ki, hər il Prezident jurnalistlərlə bağlı müxtəlif sərəncamlar imzalayır. Jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı qəbul olunan proqramlar isə dünya ölkələri üçün model olaraq tətbiq olunmaqdadır. Eyni zamnda ölkəmiz Cənubi Qafqazda və MDB ölkələri arasında azad internet siyasətinə görə ön yerlərdə qərarlaşıb. Belə olan təqdirdən internet medianın da sürətli inkişadı bizə görünən əsas perspektivlərdəndir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir