İran-Türkiyə sərhədində yeni keçid məntəqəsi açılıb

İran-Türkiyə sərhədinin Türkiyə tərəfində Gürbulak gömrük məntəqəsi açılıb ki, bu da ikitərəfli iqtisadi əməkdaşlığı və tranzit imkanlarını böyük dərəcədə stimullaşdıracağı və genişləndirəcəyi gözlənilir.

Olaylar.az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

Açılış mərasimi Türkiyə ərazisində, İranın Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani, Türkiyənin ticarət naziri Ömər Bolat və bir sıra İran və Türkiyə rəsmilərinin iştirakı ilə baş tutub.

Rəsmilər qeyd ediblər ki, Gürbulak gömrük məntəqəsinin açılışı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaq.

Yeni gömrük keçid məntəqəsi Bazargan gömrük terminalının qarşısında yerləşir və İranın ən vacib tranzit keçid məntəqələrindən biri hesab olunur.

Hər il təxminən 200.000 tranzit yük maşını bu sərhəd keçid məntəqəsindən keçir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31