İsrailin hücumu nəticəsində Livanda dörd nəfər ölüb

İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarələri Livanın cənubundakı Nəbatiyə şəhərinin ətrafına zərbələr endirib, nəticədə dörd mülki şəxs həlak olub.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

"Yaxmur əş-Şqif kəndində pikap yük maşınına və Əl-Əyn bölgəsində motosikletə raketlər atılıb. Nəbatiyyədəki xəstəxanaya aparılan dörd nəfər aldığı yaralardan ölüb" - deyə məlumatda qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31