Sülh, yoxsa taktiki fasilə? Trampın qərarı nəyi dəyişir- ÖZƏL
14:04 SiyasətABŞ Prezidenti Donald Tramp, Pakistan rəhbərliyinin xahişi ilə İrana qarşı tətbiq edilən atəşkəs rejimini qeyri-müəyyən müddətə uzatdığını elan edib. Tramp qeyd edib ki, Tehran vahid sülh şərtlərini təqdim edənə qədər zərbələr dayandırılacaq, lakin Hörmüz boğazının blokadası qüvvədə qalacaq. Tramp belə təəssürat yaradır ki, atəşkəsin uzadılması İranın müraciəti, istəyi ilə olub.
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Atəşkəs müvəqqətidir. ABŞ-ın İranın indiki hakimiyyətindən Körfəz ölkələrini təhdid üçün istifadə etməsi göstərir ki, Tehran rejimi hələ Qərbə lazımdır. İran və ABŞ hər ikisi də verdikləri açıqlamalarda reallığı əks etdirməyən yalanlardan istifadə edirlər. Məğlub və geri çəkilmiş götürməmək üçün hər iki tərəf mütəmadi olaraq qələbə elan edir və s. Ancaq həqiqət budur ki, ABŞ və İran əvvəldən də gizli müttəfiqdirlər. Lakin problem İsraildir onların arasında. ABŞ İraq və Əfqanıstana daxil olanda ən ciddi dəstəyi İran verib. Həmçinin Suriyada, İraqda ABŞ İran üçün yaşıl işıq yandırıb. Əsasən Körfəz ölkələrini təhdid aktında saxlamaq üçün İran ABŞ üçün lazımdır. Hazırda gedən proseslər əslində İran rejimini ləğv etmək yox, onu daha da ram edib arzuedilən ölkələrin üstünə qaldırmaqdır. Bu sırada Türkiyə, Pakistan, Körfəz ölkələri var. İranın BMT-dəki nümayəndəsi artıq indidən Körfəz ölkələrini təhdid edib. İran təhdidi vasitəsi ilə həm İsrail bölgədə genişlənir, silahlanır, həm də ABŞ Körfəz ölkələrini daha çox istismar edir. İran həm də məzhəbçi ideologiyası ilə müsəlman aləminin vəhdətini ciddi şəkildə pozur. Bu xüsus ABŞ və ümumiyyətlə kollektiv Qərb üçün ələdüşməzdir. Dünyada iqtisadi nizamı öz xeyirlərinə çevirmək üçün, eyni zamanda bir çox ölkələri də qurban etmək üçün İran və ABŞ arasında atəşkəs - müharibə oyunu hələ davam edəcək. ABŞ-nin, xüsusən İsrailin Vaşinqtona təlqin etdiyi siyasi proqramda əsasən Körfəz ölkələri ilə İranın arasını vurmaq və gərginliyi artırmaq yer alır. İran rejiminin bərqərar olmasında Qərbin rolu ümumiyyətlə bu ölkəni müsəlman aləminə qarşı istifadə etmək olub. Buna misaldır ki, İranda teokratik hakimiyyət qurulan kimi Qərb İraqı da, İranı da təhrik edərək 8 illik müharibəyə cəlb etdilər. Nəticədə İraqın Fələstinin azadlığı uğrunda ərəb ölkələri ilə kualisiya yaratma cəhdi pozuldu. Eyni zamanda İranın məzhəbçi ideologiyası, qatı şiə doktrinası sünni Körfəz ölkələrini hər zaman təhdid altında saxlayır və "inqilabın ixracı" planından qorunmaq üçün ABŞ və digər Qərb ölkələrinə möhtac edir. İran müsəlman aləminə qarşı ABŞ və digər Qərb dövlətlərinin dəyənəyi rolundadır. İranın BMT-dəki nümayəndəsinin məktubunda qeyd olunanlar indidən Körfəz ölkələrinə təhdiddir. Yəni, ABŞ və İsraillə məsələni həll edib onların üstünə düşəcəklər. İran rejiminin ümumi hədəfinin İslam və müsəlman aləmi olduğu üçün rejimi tam məhv etməkdə tərəddüdlər var. ABŞ Körfəz ölkələri ilə İranı müharibə vəziyyətində saxlamaqla onları daha çox istismar etmək istəyir. Onsuz da ABŞ müharibənin bütün xərcinin Körfəz ölkələri tərəfindən ödənəcəyini deyir. İranla Körfəz ölkələri arasında vəzifəyyət gərgin olaraq saxlanılacaq. ABŞ və İran arasında sülhün daimi olacağı da dəqiq deyil. Bu proseslərdə Körfəz ölkələrinin İran tərəfindən vurulması da onlara siqnal idi. ABŞ İranda ata-oğul münaqişəsinə çevrilməkdə olan və nəticədə etirazlar dalğası zamanı İran hakimiyyətinə zərbə vura biləcək prosesləri qabaqladı və asan yolla dini liderliyi dəyişdi, sağlamlaşdırdı. Etirazlar zamanı parçalanmış xalqı hücumlar vasitəsi ilə birləşdirdi. İran ordusuna zəif yerlərini göstərdi, zəif komandirləri aradan götürdü. İrana hətta ABŞ-a qalib gəlmiş, onun qarşısında duruş gətirmiş bir güc orbazı verdi. Hazırda isə İranı müsəlman aləminə qarşı daha amansız istifadə olanları üstündə işlənilir. İranın Körfəz ölkələrini təhdid etməsi artıq bu planın giriş hissəsinin icrasına başlanıldığından xəbər verir. Hər halda qarşıdakı proseslər reallığı tam çılpaqlığı ilə sentyabr ayına qədər ortaya çıxaracaq".
Zeynəb Mustafazadə