“Ümid Yeri" Uşaq Sığınacağında olan uşaqlarla görüşmək böyük xeyirxah işdir ÖZƏL

ADNSU-un nəzdində Sənaye və Texnologiya Kollecikollecin müəllim və tələbə heyəti  "Sosial Dəstək Paketi" layihəsi çərçivəsində Binə qəsəbəsində yerləşən "Ümid Yeri" Uşaq Sığınacağında olublar. Kollecdən "Olaylar"a bildirilib ki, həmin  gün kollecin  Dizayn (qrafik dizayn), Dekorativ-tətbiqi sənət (zərgərlik), Kompüter sistemləri və kompleksləri ixtisaslarında təhsil alan   tələbələr uşaq  sığınacağının həyətyanı divarlarında abadlıq işləri həyata keçirib və uşaqlara apardıqları  hədiyyələri paylayıblar. Həmçinin layihənin həyata keçirilməsində, bu xeyirxah işdə "Gənclərin İnkişafı Klubu"nun üzvü olan tələbələr və kollecin müəllimi Günel Qurbanova da  fəal iştirak edib. Həmin  gün ümid dolu bir görüş "Ümid Yeri" Uşaq Sığınacağında olan  uşaqların sevincinə böyük sevinc qatıb. Bu cür görüşlər bir daha  onu sübut edib ki, sevgi və diqqət paylaşdıqca artır. Həm də gələcəyimiz olan uşaqların yanında olmaq, hər birimiz üçün  mənəvi böyük  bir dəyərdir!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31