Qəzaya düşən mikroavtobus qanunsuz fəaliyyət göstərirmiş
Bu gün Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümü ilə nəticələnən qəzanı törədən mikroavtobusun qeyri-qanuni fəaliyyət göstərdiyi məlum olub.
9 Mart 2017 17:00 SosialBu gün Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümü ilə nəticələnən qəzanı törədən mikroavtobusun qeyri-qanuni fəaliyyət göstərdiyi məlum olub. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı lent.az-a bildirib ki, qəzaya uğrayan "Ford Tranzit" qanunsuz fəaliyyət göstərib və xidmət tərəfindən fərqlənmə nişanı və marşrut kartı ilə təmin edilməyibmiş.
Ş.Mehmanqızı "Bu məsələlərlə yol polisi məşğul olur, yəni qanunsuz fəaliyyət göstərən marşrutlara qarşı onlar tədbir görməlidir", - deyə əlavə edib. Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31