Rusiyalı qadını qətlə yetirən Türkiyə vətəndaşına AĞIR CƏZA
Üç nəfəri, o cümlədən rusiyalı Yelena Radçikovanı qətlə yetirən Türkiyə vətəndaşı Atalay Filiz ömürlük azadlıqdan məhrum edilib. A.Filiz 2013-cü ilin sentyabrında Y.Radçikovanı və onun tanışı, Türkiyə vətəndaşı Göktuğ Demirarslanı qətlə yetirmişdi.
9 Mart 2017 18:01 DünyaÜç nəfəri, o cümlədən rusiyalı Yelena Radçikovanı qətlə yetirən Türkiyə vətəndaşı Atalay Filiz ömürlük azadlıqdan məhrum edilib. A.Filiz 2013-cü ilin sentyabrında Y.Radçikovanı və onun tanışı, Türkiyə vətəndaşı Göktuğ Demirarslanı qətlə yetirmişdi.
Bundan başqa, A.Filiz ötən ilin mayında meyiti tapılmış müəllimə Fatma Kayıkçını qətlə yetirməkdə günahlandırılır. Ötən ilin iyununda tutulan qatil Yunanıstana qaçmağa hazırlaşdığını bildirmişdi.
Qeyd edək ki, A.Filiz Yaxın Şərq Texniki Universitetinin Biologiya fakültəsində doktorluq dərəcəsi almışdı. Trend.az