Gündəm

"Barselona"ya uduzdu, avtomobillə azarkeşi əzdi

9 Mart 2017 19:37

PSG-nin yarımmüdafiəçisi Tyaqo Motta idarə etdiyi avtomobillə Paris hava limanında azarkeşlərdən birini zədələyib. Hadisə komandanın "Barselona" tərəfindən 6:1 darmadağın olunmasından narazı fanat futbolçularla danışmaq istədiyi vaxt baş verib. Motta avtomobili ilə yolunda olan azarkeşin ayaq nahiyəsini əzib. Azarkeşə tibbi yardım göstərilib.

“Google” məhsullarında aşkarlanan boşluqlara görə mükafatların məbləği artırılıb

9 Mart 2017 19:30

“Google” mütəmadi olaraq şirkətin məhsullarında boşluqların aşkarlanması üçün təqdim olunan mükafatların məbləğini artırır. Məsələn, bu günlərdə məlum olub ki, şirkət kodu məsafədən daxil etməyə və məlumat bazalarına girişi açmağa imkan verən səhvlərin aşkarlanması üçün pul mükafatını artırmaqla bağlı qərar qəbul edib.  

“İşığa gedən yol”un  işığı

9 Mart 2017 19:22

Mərkəzi Elmi Kitabxanada dünən Kaspi Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyevanın Həsən bəy Zərdabinin həyat və yaradıcılığına, ictimai fəaliyyətinə həsr olunan “İşığa gedən yol” kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda ictimai siyasi xadimlər, ədəbiyyatçılar, tənqidçilər, tarixçilər iştirak edirdilər. Tədbiri Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova açıq elan edərək bildirib ki,“ “İşığa gedən yol” kitabının təqdimatının Mərkəzi Elmi Kitabxanada edilmsi təsadüfi deyil: “Elmi və mədəni irsimizin qorunduğu bu məkanda məhz Həsən bəy Zərdabinin həyat və yaradıcılığına, fəaliyyətinə həsr  olunan kitabın təqdimatı və müzakirəsinin keçməsi  Zərdabinin və kitabxananın maarifçilik ideyalarının eyni olduğunun göstəricisidir: “Qeyd edim ki,  Sona xanımın bütün kitabları MEK – in elektron kataloquna daxil edilib, rəqəmsallaşdırılıb, milli rəqəmsal  yaddaş bazasına daxil edilib. Elektron kataloq beynəlxalq mübadiləyə hazır formadadı.”

Məşhur cütlük yenidən bir arada -boşanmayacaqlar

9 Mart 2017 19:20

Aktyor Ben Afflek və aktrisa Cennifer Qarner boşanma qərarlarını dəyişiblər.  Qərb mediası cütlüyün yenidən bir arada olduğunu və boşanmayacaqlarını yazıb. İki il əvvəl 10 illik münasibətlərini bitirdiklərini deyən cütlük ondan sonra birlikdə vaxt keçirsələr də, bunun uşaqlar üçün olduğunu deyirdilər.

Təl-Əviv Universitetinin professoru ADU-da olub

9 Mart 2017 19:15

Martın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Təl-Əviv Universitetinin prorektoru, professor Eyal Zisser ADU-da “Suriya inqilabının yaranması və bitməsi” mövzusunda dəyirmi masa keçirib.

Ramiz Novruzun iştirakı ilə "Boy çiçəyi"

9 Mart 2017 19:15

Martın 10-da Akademik Milli Dram Teatrında görkəmli aktyor, xalq artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi və ya sən həmişə mənimləsən” səhnə əsərinin ilk tamaşası təqdim olunacaq. Teatrın mətbuat xidmətindən “Olaylar” – a bildirilib ki, tamaşanın təqdimindən əvvəl 10 mart Azərbaycanda Milli Teatr Günü münasibəti ilə tədbir təşkil olunacaq və tədbir zamanı Azərbaycan peşəkar teatrının keçdiyi yola nəzər salınacaq.

Övladınızın düzgün tərbiyəsi üçün vacib tövsiyələr – MÜTLƏQ OXUYUN!

9 Mart 2017 19:10

“Uşağı inkişaf etdirmək lazımdır. Ona görə yox ki, o vunderkind olacaq. Əsas məsələ uşağın xoşbəxt böyüməsidir”.

Mahsun Kırmızıgül 7 milyon ziyana düşdü

9 Mart 2017 19:05

Müğənni, rejissor Mahsun Kırmızıgül ziyana düşüb.  Yanvarın 25-dən etibarən kinoteatrlarda nümayiş edilən "Vezir parmağı" ("Vəzir barmağı") filmi istənilən reytinqi verməyib. 5 həftə keçməsinə baxmayaraq, film kifayət qədər izləyici toplaya bilməyib. 14 milyon lirəyə (təxminən 7 milyon manat) başa gələn film, nəinki qazanc əldə edə bilib, hətta xərclənən gəlir qarşılanmayıb. 

Zakir Həsənov Böyük Britaniyanın Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

9 Mart 2017 18:58

Martın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik  Zakir Həsənov ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Müdafiə Nazirliyinin beynəlxalq siyasət üzrə direktoru Nik Qurrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadəın verdiyi xəbərə görə, Bakıda Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında növbəti qərargah danışıqlarının keçirilməsinə dair məsələlərin əsas müzakirə mövzusu olduğu görüşdə ölkələrimiz arasında hərbi təhsil, xüsusilə də Silahlı Qüvvələrimizin nümayəndələrinin “Hərbi ingilis dili kursu”nda iştirakı barədə geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq Planı imzalanıb

9 Mart 2017 18:57

Martın 9-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Bakı-Sumqayıt yolunda 5 tələbənin həyatına son qoyan SÜRÜCÜ DANIŞDI: Nə qədər... - VİDEO

9 Mart 2017 18:56

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümünə 21-nin yaralanmasına səbəb olan "Ford"un sürücüsü Namiq Hüseynov ATV-yə açıqlama verib. Qəzanın baş vermə səbəblərindən danışan sürücü arxadan gələn avtomobilin onu sıxışdırdığını elə bu səbəbdən də idarəetməni itirdiyini bildirib.

Bakı-Sumqayıt yolundakı qəza ilə bağlı növbəti TÜKÜRPƏDİCİ FAKT

9 Mart 2017 18:54

Bakı-Sumqayıt yolunda 5 nəfərin həlak olduğu, 20 nəfərin isə yaralandığı ağır qəzanın əlavə detalları məlum olub. Hadisə şahidlərinin bildirdiklərinə görə, Sumqayıt Dövlət Universitetinin tələbələrini daşıyan "Ford Tranzit" markalı avtomobilin arxası ilə, bu ali təhsil müəssisəsinin dekanı (adı çəkilmir) öz maşınında gedirmiş. Mikroavtobus arxadan yol kənarında dayanmış yük maşınına çırpılanda dekan maşınını saxlayıb. Dekan bu anda hələ avtobusda öz tələbələrinin olduğunu bilmirmiş.

İraqlı məşqçi: "Azərbaycanda gimnastlar üçün yaradılan şərait barədə çox eşitmişik"

9 Mart 2017 18:41

"Azərbaycanda gimnastlar üçün yaradılan şərait barədə biz İraqda çox eşitmişdik, ona görə Bakıya gəlməyi qərara aldıq". Bunu İraq milli komandasının baş məşqçisi Mahmud əl-Duleymi deyib.

"Rusiya ermənipərəst mövqeyini Azərbaycana tərəf çevirməyə başlayır"

9 Mart 2017 18:39

"Rusiya dövlət gəmisini ermənipərəst mövqedən Azərbaycana tərəf çevirməyə başlayır. Dağlıq Qarabağ münaqişəsi əvvəllər Moskvanın Bakıya təzyiq aləti idisə, indi artıq Yerevana təzyiq vasitəsi olacaq".

Teatr xadimlərinə fəxri adlar verilib

9 Mart 2017 18:13

Azərbaycan Prezidenti İlham Əliyev teatr xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.