Ramiz Novruzun iştirakı ilə "Boy çiçəyi"
Martın 10-da Akademik Milli Dram Teatrında görkəmli aktyor, xalq artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi və ya sən həmişə mənimləsən” səhnə əsərinin ilk tamaşası təqdim olunacaq. Teatrın mətbuat xidmətindən “Olaylar” – a bildirilib ki, tamaşanın təqdimindən əvvəl 10 mart Azərbaycanda Milli Teatr Günü münasibəti ilə tədbir təşkil olunacaq və tədbir zamanı Azərbaycan peşəkar teatrının keçdiyi yola nəzər salınacaq.
9 Mart 2017 19:15 MədəniyyətMartın 10-da Akademik Milli Dram Teatrında görkəmli aktyor, xalq artisti Ramiz Novruzun iştirakı ilə "Boy çiçəyi və ya sən həmişə mənimləsən" səhnə əsərinin ilk tamaşası təqdim olunacaq. Teatrın mətbuat xidmətindən "Olaylar" - a bildirilib ki, tamaşanın təqdimindən əvvəl 10 mart Azərbaycanda Milli Teatr Günü münasibəti ilə tədbir təşkil olunacaq və tədbir zamanı Azərbaycan peşəkar teatrının keçdiyi yola nəzər salınacaq.
Qeyd edək ki, Xalq yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" və ya Boy çiçəyi" pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.