Gündəm

Qənirə Paşayevadan müraciət

10 Mart 2017 11:48

“Anar adlı bir tovuzlunun mənim qohumum olduğunu iddia edərək müxtəlif şəxslərdən iş düzəltmək adı ilə pul istəməsi və ya alması barədə mənə məlumat daxil olub. Bildirmək istəyirəm ki, mənim bu adlı qohumum və ya işçim yoxdur və bu adamın mənimlə heç bir əlaqəsi yoxdur. Sabah bu məsələ ilə bağlı, adımdan bu cür çirkin məqsədlər üçün istifadə edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəm”. Bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda yazıb.

Ucarda kəndlərarası avtomobil yolu tikilir

10 Mart 2017 11:47

Ucar rayonunda kəndlərarası avtomobil yolunun tikintisinə başlanılıb. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR” -a daxil olan məlumata görə, Bu Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yoludur. Yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 7.5 km, mövcud eni isə 6-7 metr arası dəyişir. Tikinti işləri zamanı yolun eni 10 m-ə qədər, 3-4 metr enində genişləndirilir. Hazırda yol yatağının yararsız qruntunun qazılaraq çıxarılması, əvəzinə isə yeni yol yatağının və yol əsasının tikintisi işləri aparılır. 3 yaşayış məntəqəsini birləşdirəcək yol 2 hərəkət zolağından ibarət olacaq, yəni hərəkət hissəsinin eni 6 metr təşkil edəcək. Layihə üzrə yol çiyinlərinin eni isə 2 metr olacaq. Torpaq işləri bitdikdən sonra 2 qat olmaqla yolun 45 min m2 ərazisinin asfaltlanması nəzərdə tutulub.

Düşmən snayperləri işə saldı

10 Mart 2017 11:46

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 124 dəfə pozub.

Prezident İlham Əliyev Fransa-Qafqaz Dostluq Qrupunun rəhbərini qəbul edib

10 Mart 2017 11:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Fransa Respublikası Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Andre Reyşarın Fransa senatorlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin önəmini qeyd edən dövlətimizin başçısı səfərin qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı fürsət yaradacağını dedi.

"Qəzada yaralanan tələbələrdən birinin yaşama şansı cüzidir"

10 Mart 2017 11:43

Ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 3 nəfərdən birinin vəziyyəti çox ağırdır.

WhatsApp-dan maraqlı YENİLİK

10 Mart 2017 11:29

Dünyanın ən məşhur mesajlaşma platforması olan "WhatsApp" maraqlı yenilik edir. Hazırda SMS-i "öldürən" mesajlaşma tətbiqləri artıq internet qoşulması vasitəsilə ödənişsiz olaraq münasibət qurmağınıza şərait yaradır. 

ABŞ-da erməniyə qətl İTTİHAMI

10 Mart 2017 11:27

Erməni ABŞ-da qətl və sui-qəsddə ittiham olunur.  24 yaşlı Arutyun Stepanyan ittiham üzrə özünü günahkar hesab etmir.

"Lapşin istintaqın gedişindən narazı deyil"

10 Mart 2017 11:24

İsrail səfirliyinin əməkdaşları Aleksandr Lapşin ilə görüşüb. Bu barədə A.Lapşinin vəkili Eduard Çernin məlumat verib. Vəkil bildirib ki, səfirlik nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasında A.Lapşinlə görüşüb, onun səhhəti və saxlanma şəraiti ilə maraqlanıblar: "Martın 9-da mən təcridxanada Lapşinlə görüşdüm. Heç bir şikayəti yoxdur, vəziyyəti normaldır. İstintaqın gedişindən narazı deyil. O, istintaqın yekunlaşmasını gözləyir". E.Çernin bildirib ki, A.Lapşin anası ilə telefon əlaqəsi də saxlayır.

Azərbaycan Ermənistanın Lapşinlə bağlı iddiasına CAVAB VERDİ

10 Mart 2017 11:22

Azərbaycanda bloqqer Aleksandr Lapşinin saxlanması ATƏT-in məsələsi deyil.  Bu sözləri Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin Ermənistanın ATƏT-in Daimi Şurasında Aleksandr Lapşin məsələsini qaldırması ilə bağlı bəyanatında deyilir.

“Sarkisyanın səfəri münaqişənin həlli istiqamətində heç bir rol oynamayacaq”

10 Mart 2017 11:13

“Martın 6-da Ermənistan prezidenti Serj Sarkisyan Fransaya səfər etdi və həmkarı Fransua Ollandla bir sıra məsələləri müzakirə etdi. Sözsüz ki, ən əsas məsələlər içərisində birincisi Sarkisyanın aprelin 2-də parlament seçkiləri öncəsi vəziyyəti ona ətraflı izah etməsi və sözsüz ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı durumu müzakirə etməsi olduğunu düşünürəm. Diqqət yetirdinizsə, yenə "köhnə val, köhnə musiqi". Bunu  müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

“Sarkisyan mövqelərini möhkəmləndirmək barədə düşünür”

10 Mart 2017 11:12

“Mart ayının 6-da Moskvada Rusiya və Azərbaycan Xarici işlər Nazirlərinin görüşündə Serqey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllindən hələ uzaq olduqları bəyanatını verdi. O bildirib ki, Azərbaycan və Ermənistan tərəfləri əsas məsələlərdə ümumi razılığa gələ bilməyiblər. Münaqişənin həllini bir növ “öhdəsinə” götürən Rusiya tərəfinin bu bəyanat gözlənilən olsa da, bizim üçün arzuedilən deyil. Hesab edirəm ki, Sergey Lavrovun bu mövqeyi “Qarabağ Azərbaycanın daxili işi deyil” bəyanatının davamıdır. Bununla da Rusiya tərəfi münaqişəni sonsuzluğa qədər dondurulmuş vəziyyətdə saxlamağı düşünür. Bu siyasət rus maraqlarına tam uyğundur”. Bunu  politoloq Vasif Əfəndiyev deyib.

Mingəçevirdə növbəti qala

9 Mart 2017 20:17