Gündəm

Neslihanın ərini polis saxladı

10 Mart 2017 12:42

Bir şirkətin dəvəti ilə Dubaya gedən aktyor Kadir Doğulu orada qaydaları pozduğu üçün polis tərəfindən saxlanılıb.

Qarabağ siyasəti üzərində qurulan aprel seçkisi

10 Mart 2017 12:41

Ermənistanda parlament seçkilərinin vaxtı yaxınlaşdıqca daxili siyasi gərginlik də artan xətt üzrə inkişaf edir. Seçkilərdə hakim Respublika Partiyasının qələbəsini təmin etməyə çalışan president Serj Sərkisyan bunun üçün mümkün bütrün varinatları işə salıb. Son vaxtlar Rusiyadan artan təzyiqlərin fonunda seçkilərdə qələbə qazanacağına o qədər də əmin olmayan Serj Sərkisyan alternativ variant kimi Qərblə də münasibətləri bir qədər istiləşdirməyi qarşısına məqsəd qoyub.

Melodiyasız mahnı oxuyanlar…

10 Mart 2017 12:24

Millət vəkili Arif Rəhimzadının “yolunu” davam etdirmək istəyənlərin sayı çoxalıb. Türkü təhqir etmək, aşağılamaq mümkün olmadığını duyan üzdəniraqlar boş və mənasız fikirləri ilə ürıkbulandırmağa başlayıblar. Deyəsən, indi növbə Akademik Çingiz Qacar adlı bir “düşüncə” sahibinə çatıb. Akademik Çingiz Qacar müsahibəsində deyir: “Ümumiyyətlə, mən “türk” sözünün də əleyhinəyəm.

ABŞ Əfqanistan vətəndaşlarına viza verməyi dayandırdı

10 Mart 2017 12:14

ABŞ-ın Kabildəki səfirliyi Amerika vizasının verilməsi üçün Əfqanistan vətəndaşlarına müsahibəni dayandırıb.

Bakıda bayram yarmarkaları başladı

10 Mart 2017 12:11

Bakıda Novruz bayramı ilə bağlı yarmarkalar üçün quraşdırlan çadırlar fəaliyyətə başlayıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, metro stansiyalarının qarşısında quraşdırılan yarmarka çadırlarında satışlara start verilib: "Artıq 10 yarmarka çadırı quraşdırılıb. Hazırda həmin yarmarkalarda bayram məhsullarının satışı başlanıb".

Qəzada ölən tələbənin bu ay toyu olacaqdı...

10 Mart 2017 12:09

Sosial şəbəkələrdə Bakı-Sumqayıt yolunda baş verən qəza zamanı həlak olan tələbə Roza Muradovanın atasının bu xəbəri eşitdikdən sonra infarkt keçirərək vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.

Azərbaycana narkotiklər BU ÖLKƏLƏRDƏN gətirilir

10 Mart 2017 12:07

2016-cı il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 162 nəfər, o cümlədən 122 Azərbaycan vətəndaşı və 40 əcnəbi vətəndaş (30 İran, 2 Rusiya, 2 Türkiyə, 2 Belarus, 1 Gürcüstan, 1 Hindistan, 1 Pakistan və 1 Tacikistan vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb. 29 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

Az qaldı: Bakının mərkəzində pulsuz Wi-Fi olacaq

10 Mart 2017 12:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi paytaxtın bir sıra ictimai yerlərində pulsuz "Wi-Fi" xidmətinin istifadəyə verilməsi üzrə işləri başa çatdırır.

Kamran Ağayev: "Azərbaycana gəlmək istəmirəm"

10 Mart 2017 11:59

Artıq iki gündür heyətə dönmüşəm. Özümü yaxşı hiss edirəm. Sadəcə, tam sağalmağıma ehtiyac var. Ümid edirəm ki, növbəti aylarda özümə gələcəm.

Azərbaycan- İran-Türkiyə yaxınlaşması MÜNASİBƏT

10 Mart 2017 11:58

“Həm Azərbaycan Prezidentinin səfəri, həm də bundan öncə Bakıda baş tutan Azərbaycan İran, Rusiya üçtərəfli görüşü Azərbaycan-İran münasibətlərində böyük əhəmiyyətə malik oldu. İran və Rusiya güclü qonşu dövlətlərdir. Bu iki dövlətin arasında Azərbaycanın sayılıb-seçilməsi, onlarla eyni bloka cəlb edilməsi, qoşulması ölkəmizin diplomatiyasının və dövlət başçısının xarici siyasətinin uğurlarıdır”. Bunu SİA-ya açıqlamasında deputat Çingiz Qənizadə deyib.

“Rabitə işi”ndə təqsirləndirilən şəxslərdən ikisinin səhhətində problem yaranıb

10 Mart 2017 11:55

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Rusiyada ticarət mərkəzində 19 nəfərin ölümü ilə nəticələnən yanğına görə iki azərbaycanlı mühakimə olunur

10 Mart 2017 11:54

Rusiyada 19 nəfərin ölümünə səbəb olmuş “Admiral” ticarət mərkəzindəki yanğınla bağlı məhkəmə prosesi başlayıb.

“Günəşli” yatağında daha bir quyu istismara verilib

10 Mart 2017 11:51

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 8 saylı dərin dəniz özülündən 310 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2732-2713 metr intervaldan sutkalıq 104 ton neft və 18500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

“Sülh və qardaşlıq dini İslam” mövzusunda tədbir keçirilib

10 Mart 2017 11:50

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Zərdabda “Sülh və qardaşlıq dini İslam” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə çıxış edənlər ölkəmizdə müsəlmanlarla yanaşı başqa din və mədəniyyət mənsubları üçün də yüksək şəraitin yaradılmasından danışaraq, İslam dininin əsl mahiyyətindən bəhs ediblər. O cümlədən din pərdəsi altında gənclərin radikal cərəyanlara cəlb edilməsini pisləyiblər. Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib.

Əmək Nazirliyi yanında İctimai Şuranın hesabat iclası keçirilib

10 Mart 2017 11:49

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 2016-ci il ərzində fəaliyyətinə dair hesabat iclası keçirilib. İclasda şuranın 2016-ci il ərzində fəaliyyətinə dair hesabat təqdim olunub. Ötən il ərzində İctimaBu barədə nazirlikdən “Olaylar2a berilən məluumata görə, şuranın keçirdiyi iclaslar, ictimai müzakirələr və s. barədə məlumat verilərək, qeyd olunub ki, hesabat dövründə şura tərəfindən 5 normativ hüquqi aktın layihəsinə rəy verilib. Habelə əmək, məşğulluq, sosial müavinətlər, sosial yardım, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, sosial xidmət sahələrində strategiyaların inkişaf etdirilməsi, bu sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün 45 təklif və tövsiy müzakirəyə təqdim edilib.