Gündəm
Bakıda “İlaxır çərşənbə” bayramı keçiriləcək
Martın 14-də saat 09.30-da metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədə - qala divarları önündə toplaşaraq Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiəti ilə böyük bayram karvan Suraxanı “Atəşgahı”na yola düşəcək.
Naxçıvan-Məşhəd- Naxçıvan sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək
Novruz Bayramı ərəfəsində sərnişin daşımanın təşkil edilməsi məqsədilə və İran ərazisində 21 mart tarixindən etibarən yay vaxtına keçidlə əlaqədar olaraq, 15/16 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.
Dünya Gənclər Təşkilatının Azərbaycan üzrə rəhbəri müəyyənləşdi
Dünya Gənclər Təşkilatlarının Azərbaycan üzrə rəhbəri Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, tanınmış ictimai xadimi Hacı Quliyev təyin olunub.
Güləşçilərimiz Dünya Kuboku uğrunda yarışacaq
16-17 mart 2017-ci il tarixdə İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a AGF-dən daxil olub. Bildirilib ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq.
Saxta sənədlə ordudan yayınanlar hərbi xidmətə çağırılacaqlar
Sabiq müdafiə naziri Səfər Əbiyev üçün heç də xoş olmayan araşdırmalara başlanılıb. Bu barədə məlumat “OLAYLAR”-a hərbi mənbələrdən daxil olub.
"Məktəbəqədər təhsil haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib
Martın 10-da keçirilən Milli Məclisin plenar iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Bəxtiyar Əliyev: “Çox xoş hadisədir ki, Birinci vitse-prezident ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etdi”
"Çox xoş hadisədir ki, dünən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilk müşavirəni məhz məcburi köçkünlərin sosial qayğısı ilə, onların problemlərinin həlli ilə bağlı məsələlərə həsr etdi. Fürsətdən istifadə edərək Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məcburi köçkünlər adından öz dərin təşəkkürümüzü bildiririk".
Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı maraqlı məqam
“Çox qazanmaq kimi pis vərdişimiz görün Sumqayıt -Bakı yolunda hansı faciəmizə gətirib çıxardı. 5 övladımız heç pərvazlanmamış bu dünyadan getdilər. Bunun səbəbi həmin mikroavtobusu idarə edən sürücünün acgözlüyü, çox pul qazanmaq marağı oldu”. Bu fikirləri “OLAYLAR”-a hüquqşünas Rövşən Məmmədli səsləndirib.
Eldəniz Səlimov: “Dövlət proqramlarının uğurlu icrası bölgələrimizin simasını dəyişdirib”
“Son illərdə qlobal miqyasda yaşanan kataklizmlərin, böhranların fonunda Azərbaycanın nümunəsi diqqəti xüsusi cəlb edir. Respublikamız xarici mənfi təsirlər nəticəsində yaranan və bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də bütün dünyaya sabitlik və inkişaf modeli təqdim edir.
Deputat: “Narkomaniyaya qarşı ciddi mübarizə başlanmalıdır”
Milli Məclisin martın 10-da keçirilən iclasında millət vəkili Fazil Mustafa tütün məmulatları ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını müsbət addım kimi qiymətləndirib.“Olaylar”xəbər verir ki, F. Mustafa belə bir sənədin hazırlanması və qəbulunun olduqca vacib və zəruri hesab edib: “Artıq ölkədə narkomaniyaya qarşı ciddi mübarizə başlanmalıdır. Narkomaniya çox ciddi bəladır. Düzdür, narkomaniyanın qarşısının alınması üçün bizdə hələ də tam tibbi müayinə-müalicə mümkün deyil, mentalitetimizdən də irəli gələn məqamlar var. Ancaq qabaqlayıcı addımların atılması baxımından belə bir qanunun qəbulu olduqca önəmlidir və vacibdir”.
Biznesmen azərbaycanlı killerlər tərəfindən öldürülüb - 16 min dollara
Sank-Peterburq İstintaq Komitəsi 14 il əvvəl kafedə baş verən cinayətin istintaqını başa çatdırıb. Hadisə 2003-cü ildə baş verib. İstintaqın nəticəsinə görə, Azərbaycandan olan kriminal avtoritet Hakmurad Allahverdiyev Yaroslavlda bizneslə məşğul olan həmyerlilərinin qətlini sifariş edib.
Hava pisləşir- XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, martın 11-i Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gün ərzində mülayim cənub küləyi əsəcək.
Ekspert: “Əvvəl-axır Sarkisyan konstruktiv mövqeyə gəlməyə məcbur olacaq”
“Ümumiyyətlə son zamanlar Ermənistanın xarici siyasətindəki çirkin əməllər daha qabarıq şəkildə görünməkdədir”. Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Təyyarədə DAVA DÜŞDÜ: bütün reyslər təxirə salındı
Tunisin "Tunisair" milli aviaşirkəti əməkdaşları arasında baş vermiş davadan sonra bütün reysləri təxirə salmaq barədə qərar verib. Təyyarədə kapitan və ikinci pilotla texniki heyət arasında baş vermiş mübahisə sonunda böyük bir davaya çevrilib.
Rusiyalı model Bəhreyndə yoxa çıxdı
Rusiyanın Bəhreyndəki səfirliyi rusiyalı model Mariya Sazanovanın itkin düşməsi faktını araşdırır. M.Sazanova bu ölkədə model fəaliyyəti ilə məşğul olmaq üçün bura səfər edib. Artıq 1 həftədir onunla əlaqə saxlamaq mümkün olmadığı üçün itkin düşməsi haqqında xəbərlər yayılıb.














