Ekspert: “Əvvəl-axır Sarkisyan konstruktiv mövqeyə gəlməyə məcbur olacaq”

“Ümumiyyətlə son zamanlar Ermənistanın xarici siyasətindəki çirkin əməllər daha qabarıq şəkildə görünməkdədir”. Bunu  beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

"Ümumiyyətlə son zamanlar Ermənistanın xarici siyasətindəki çirkin əməllər daha qabarıq şəkildə görünməkdədir". Bunu  beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan çalışır ki, bütün bunlarla sülh prosesinin uzanmasına səbəb olsun: "Biz əsasən də Ermənistan prezidenti tərəfindən status-kvonun saxlanılmasına yönəlik hərəkətləri müşahidə edirik. Fransa da ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Heç şübhəsiz ki, Sarkisyan Fransaya səfəri zamanı Fransua Ollanda bəzi gizli məqamları da müzakirə edib. Məsələnin qaldırılması o demək deyil ki, Sarkisyan istədiyi nəticəni əldə edə biləcək. Yəni Azərbaycanın son illərdə göstərdiyi xarici siyasətin nəticələri onu göstərir ki, Sarkisyanın qarşısında hər zaman güclü Azərbaycan diplomatiyası dayanır. Beləcə əvvəl-axır Sarkisyan konstruktiv mövqeyə gəlməyə məcbur olacaq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31