Gündəm

Konsul Lapşinlə görüşdü

10 Mart 2017 14:19

Ukraynanın Azərbaycandakı konsulu Bakıda həbs olunan Aleksandr Lapşinlə görüşüb. Bunu A.Lapşinin vəkili Eduard Çernin deyib.

Sarkisyan seçkiləri saxtalaşdırmaq üçün 100 milyon xərcləyəcək

10 Mart 2017 14:17

Ermənistan hakimiyyəti parlament seçkilərinə 100 milyon dollardan artıq vəsait ayırıb. Vəsaitin böyük bir hissəsi gizli şəkildə dövriyyəyə daxil edilir. Məlumata görə, Sarkisyan hakimiyyəti iqtidarın deputatlığa namizədləri üçün ən azı 10-15 min dram xərcləməyi düşünür.

Ərdoğanın Rusiyaya səfəri başladı

10 Mart 2017 14:14

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb. Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarını qəbul edəcək. Tərəflər arasında enerji sahəsində birgə layihələr və terrorçuluğa qarşı mübarizə məsələləri müzakirə olunacaq.

Kanal-24 5 yaşa çatdı

10 Mart 2017 14:09

Bu gün Kanal-24 internet televiziyasının 5 yaşı tamam olur. 2012-ci ilin mart ayının 10-dan fəaliyyətə başlayan kanalın həmin il noyabrın 5-dən “Kanal24.az” saytı xidmət göstərir. Sosial, ictimai, mədəni, siyasi, iqtisadi, bir sözlə, dünyada baş verən yenilikləri müxtəlif formatda oxucularına çatdıran Kanal-24 qısa zamanda baxımlı kanala çevrilib.

Mobil rabitə xidmətlərinin fəaliyyəti üçün lisenziya 10 il müddətinə veriləcək

10 Mart 2017 13:58

Azərbaycanda mobil rabitə xidmətləri ilə bağlı fəaliyyət növünə lisenziya 10 il müddətinə veriləcək. “Olaylar”ın xəbərinə görə, "Lisenziyalar və icazələr haqqında" qanununa dəyişiklik təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişiklik layihəsinə əsasən, "Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı"na "Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)" fəaliyyət növü əlavə edilir.Bu fəaliyyət növünə lisenziyanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 10 il müddətinə verəcək. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

“Vikipediyadakı məsələlər bizi çox narahat edir”

10 Mart 2017 13:52

“Vikipediyadakı məsələlər bizi çox narahat edir”. “Olaylar” xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı parlamentin iclasında çıxışı zamanı deyib. Məlahət İbrahimqızı bildirib ki, bu günlərdə Gəncə ilə bağlı məlumatlara baxıb.

Deputat: “ Feysbukda şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi tələb olunsun”

10 Mart 2017 13:51

“"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun qəbul olunması önəmli məsələdir. Yəni, informasiya təhlükəsizliyi vacib məsələdir. Bu qanun layihəsini bir qədər də sərtləşdirməliyik”.

"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanun dəyişdirildi  

10 Mart 2017 13:50

Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunda dəyişikliklərə baxılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının bir illik fəaliyyəti nə ilə yadda qaldı?

10 Mart 2017 13:43

Bu günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaranmasının 1 ili tamam oldu. Məlumat üçün qeyd edək ki, sözügedən qurum keçən ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sənəd əsasında yaradılmışdı. 10 mart, 2016-cı il tarixdə isə Azərbaycan Prezidenti Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsini təsdiq etdi və Direktorlar Şurasının sədrini təyin etdi.

Müflisləşmə, yoxsa vergidən yayınma?

10 Mart 2017 13:41

Praktikada fırıldağa üstünlük verən şirkətlərin tez-tez adlarını dəyişdirməsi halları müşahidə olunmaqdadır. Son vaxtlar isə dəbdə olan yayınma hallarından biri kimi müəssisə və təşkilatların müflis elan olunması halları artıb. Bununla təşkilatlar təkcə hüquqi və fiziki şəxslər qarşısında götürdükləri öhdəliklərdən imtina etmir, eyni zamanda külli miqdarda dövlət vergisindən yayınırlar.

Qarabağla bağlı səslənən nikbin bəyanatların arxasında nə dayanır?

10 Mart 2017 13:39

Son günlər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müxtəlif mənbələrdən bir-birindən maraqlı və nikbin məlumatlar, açıqlamalar yayılmaqdadır. Belə ki, Birləşmiş Ştatların Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın “Dağlıq Qarabağ problemi çox uzandı” kimi açıqlaması, Rusiya Federasiyasının prezidenti Vladimir Putinə istinadən yayılan “Ərazilər mütləq Azərbaycana qaytarılacaq” fikri, Moksvada keçirilən Azərbaycan və Ermənistan təmasları, eləcə də Yenisey Sarayı ilə vidalaşmaqda olan Fransa prezidenti Fransua Ollandın Ermənistan və Azərbaycan dövlət başçılarını Parisə dəvət etməsi bu nikbinliyə əsas verən amillərdəndir. Nəticəyə təsir edib-etməməsindən asılı olmayaraq görünən odur ki, Dağlıq Qarabağ probleminin həllində diplomatic hərəkətlilik müşahidə edilir. Ancaq bu hərəkətliliyin hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq bir qədər çətindir. Bəs görəsən bu barədə politoloqlar nə düşünür? Bu və ya digər suallarla politoloq Əli Qənbərliyə müraciət etdik. “OLAYLAR”-a verdiyi müsahibədə politoloq Dağlıq Qarabağ probleminin həlli istiqamətində artan diplomatik hərəkətliliyin arxasında duran məqamlar barədə də danışıb.

Erməniləri qorxudur, Rusiyanı aldadır, Avropanı dolayır...

10 Mart 2017 13:36

Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan "France Press" agentliyinə müsahibəsində Paris, Moskva və Vaşinqtonu "Azərbaycanı müharibəyə başlamaqdan çəkindirməyə" çağırıb. Sarkisyan Qarabağda müharibə təhlükəsinin qaldığını deyib: "Çünki Azərbaycan münaqişənin hərbi yolla həllinin mümkün olmadığına hələ əmin olmayıb"

7 nəfərin olduğu vertolyot televiziya qülləsinə çırpıldı: Sağ qalan olmayıb - YENİLƏNİB - VİDEO

10 Mart 2017 13:32

Vertolyot havanın dumanlı olduğuna görə İstanbulun Büyükçekmece ərazisindəki TUYAP sərgi mərkəzinin yaxınlığındakı televiziya qülləsinə çırpılıb. Büyükçekmece bələdiyyə sədri Akgünün dediyinə görə, qəza nəticəsində 5 nəfər ölüb. Milli.az NTV-yə istinadla xəbər verir.

"Nəfəsim kəsildi, özümü itirdim" - Dəhşətli qəzada yaralananlar danışdılar - VİDEO

10 Mart 2017 13:31

Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada yaralanan tələbələr hadisənin necə baş verməsindən danışıblar.

Dohada nadir hadisə

10 Mart 2017 13:28

Qətərlə yoxlama oyununda 2:1 hesabı ilə qalib gələn Azərbaycan yığması uğursuz seriyalara son qoyub. Ötən il oktyabrın 8-də evdə Norveçi 1:0 hesabı ilə yenən yığmamız 152 gündən sonra qələbə sevinci yaşayıb. Ardınca Çexiya ilə qolsuz heç-heçə edib, Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzan milli, həm də qol həsrətinə son qoyub.