Müflisləşmə, yoxsa vergidən yayınma?

Praktikada fırıldağa üstünlük verən şirkətlərin tez-tez adlarını dəyişdirməsi halları müşahidə olunmaqdadır. Son vaxtlar isə dəbdə olan yayınma hallarından biri kimi müəssisə və təşkilatların müflis elan olunması halları artıb. Bununla təşkilatlar təkcə hüquqi və fiziki şəxslər qarşısında götürdükləri öhdəliklərdən imtina etmir, eyni zamanda külli miqdarda dövlət vergisindən yayınırlar.

Saxta sənədlə müflisləşmə üçün müraciət edənlər məsuliyyət daşıyırlar 
 

Praktikada fırıldağa üstünlük verən şirkətlərin tez-tez adlarını dəyişdirməsi halları müşahidə olunmaqdadır. Son vaxtlar isə dəbdə olan yayınma hallarından biri kimi müəssisə və təşkilatların müflis elan olunması halları artıb. Bununla təşkilatlar təkcə hüquqi və fiziki şəxslər qarşısında götürdükləri öhdəliklərdən imtina etmir, eyni zamanda külli miqdarda dövlət vergisindən yayınırlar. Məlumdur ki, müəssisə və təşkilatların müflis elan olunması yalnız məhkəmə qaydasında mümkündür. Maraqlıdır, bəs işə məhkəmədə baxılmamışdan qabaq həyata keçirilən hərəkətlər hansılardır? Hüquqşünas Alim Hüseynov bildirib ki, iflas haqqında iş üzrə məhkəmə baxışı təyin edildikdə bu barədə kreditorlara xəbər verilməsi üçün ərizəçi həmin məhkəmə baxışı haqqında Azərbaycan Respublikasında nəşr olunan rəsmi dövri mətbuat orqanında azı yeddi günlük fasilə ilə iki dəfə elan dərc etdirməlidir. İflas haqqında elanın qeyd olunan qaydada dərc olunmaması qanunvericilikdə nəzərdə tutulmuş prosessual nəticələrə, yəni məhkəmənin işə baxılmanın təxirə salmasına, dayandırmasına, işin baxmadan saxlamasına səbəb ola bilər. İflas haqqında ərizənin və ona əlavə olunmalı sənədlərin surətləri borcluya elan mətbuatda ilk dəfə dərc edilməzdən əvvəl təqdim olunmalıdır. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərar çıxarır. Bunlar borclunun müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi, müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması, və yaxud borclunu müflis elan etməkdən imtina barədə qərarlardır. Onun sözlərinə görə, məhkəmənin iştirakı olmadan iflas prosesinə yalnız borclu müəssisə (borclu dövlət müəssisəsi olduğu halda həmçinin müvafiq icra hakimiyyəti orqanı) tərəfindən qəbul olunmuş müvafiq qərara əsasən başlanıla bilər. Bu qərar qəbul olunduğu zaman ehtimal olunan əmlak inzibatçısı da təyin edilir. Eyni zamanda nəzərə almaq lazımdır ki, məhkəmənin iştirakı olmadan iflas prosesinə yalnız borclu müəssisə tərəfindən başlanılması borclu müəssisə tərəfindən məhkəmə qaydasında iflas prosesinə başlanılmasını istisna etmir. Belə ki, məhkəmənin iştirakı olmadan iflas prosesinə başlamış borclu sonradan məhkəmə qaydasında iflas prosesinə başlanılması üçün məhkəməyə ərizə ilə də müraciət edə bilər. İflas prosesinə borclu müəssinin özü tərəfindən başlanıldıqda borclu müəssisə kreditorların yığıncağı barəsində kreditorlara bildiriş göndərir. Kreditorların yığıncağı borclu müəssisə tərəfindən iflas prosesinə başlamaq qərarının qəbul edildiyi gündən ən geci 21 gün ərzində keçirilməlidir. Kreditorların ilkin yığıncağında kreditorlar iflas prosesinə başlamaq barəsində borclunun qərarını təsdiq etməli və borclunun müflis elan olunmasına dair səsvermə keçirməli, ehtimal olunan əmlak inzibatçısının təyinatını təsdiq etməli və ya yeni əmlak inzibatçısını seçməlidirlər. Əmlak inzibatçısı təyin edilmiş şəxs borclunun yeganə qanuni nümayəndəsi olur və bununla əlaqədar borclunun müdiri əmlak inzibatçısının ona verdiyi konkret səlahiyyətlər istisna olmaqla, öz səlahiyyətlərini həyata keçirə bilməz. Əmlak inzibatçısı təyin olunmasından ən azı 14 gün sonra öz fəaliyyəti barədə hesabat hazırlayıb kreditorlara və məhkəməyə təqdim edir. Hesabatda borclunun maliyyə vəziyyətini əks etdirən məlumatlar (mühasibat balansı, o cümlədən balans dəyəri üzrə aktivlərin siyahısı, kreditorların tələblərini ödəmək üçün mövcud pul vəsaitinin axını barəsində məlumat və s.) göstərilir: "Kreditorlar borcluya öz tələblərini qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər. Qeyd olunan maddənin tələbinə əsasən vergi borcları barədə məlumatları göstərilən müddətdə yazılı şəkildə əmlak inzibatçısına təqdim etməlidirlər. Kreditorların hər hansı tələbinə əmlak inzibatçısı tələbi aldığı vaxtdan 30 gün müddətində baxır. Əmlak inzibatçısı borc tələbini tamamilə və ya qismən qəbul və ya rədd edə bilər. Əmlak inzibatçısı tələbi tamamilə və ya qismən rədd etdikdə bunun üçün əsaslandığı səbəblərin yazılı izahını hazırlayıb dərhal poçtla kreditora göndərməlidir. Kreditorların tələbi əmlak inzibatçısı tərəfindən hər hansı səbəbdən rədd edildikdə (əgər bu rədd etmə qanunsuzdursa), kreditor tərəfindən əmlak inzibatçısının qərarından məhkəməyə müraciət edilə bilər. Borclunun müflis olma məqamı borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minmə tarixi və ya kreditorların ilkin yığıncağında borclu müəssisənin müflis elan olunması barədə müvafiq qərarın qəbul edilməsi tarixidir". O, bildirib ki, "Müflisləşmə və iflas haqqında" Qanuna əsasən məhkəmə borclu barəsində iflas prosesinə xitam verə bilər: "Məhkəmə əmlak inzibatçısının son hesabatı məhkəməyə təqdim edildikdə və əmlak inzibatçısını dinlədikdən sonra məhkəmə heç bir edilməli hərəkətin qalmadığına əmin olduqda, bütün kreditorların tələbləri tamamilə ödənildikdə, əmlak inzibatçısı kreditorlar ilə güzəştli sazişin tamamilə yerinə yetirildiyi və ya sağlamlaşdırmanın başa çatdırıldığı barədə məhkəməyə bildiriş göndərdikdə, məhkəmənin buna müvafiq saydığı başqa hallarda iflas prosesinə xitam verə bilər. Fərdi borclunun iflasına xitam verildikdən sonra iflasa qədər mövcud olmuş bütün borclar (yetkinlik yaşına çatmamış uşaqların saxlanması üçün alimentlər və xərclik) istisna olmaqla tamamilə ödənilmiş sayılır". Hüquqşünas əlavə edib ki, qanunvericilikdə müflisləşmə və iflasla bağlı məsuliyyət tədbirləri də nəzərdə tutulub: "Borclu tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın, əmlak öhdəliklərinin, əmlaka dair məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması, borclu təşkilatın rəhbəri və ya mülkiyyətçsi, habelə fərdi sahibkar tərəfindən özünün müflis olduğunu bilə-bilə digər kreditorların mənafeyinə ziyan vurmaqla ayrı-ayrı kreditorların əmlak tələblərinin təmin edilməsi, habelə müflisləşmiş borclunun üstünlük verdiyi kreditor tərəfindən əmlakın qəbul edilməsinin digər kreditorlara ziyan vurduğunu bilə-bilə həmin əmlakın qəbul edilməsi cinayət məsuliyyətinə səbəb olur. Kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün və ya digər şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması və ya artırılması (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 211-ci maddəsi), kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməsi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 212-ci maddəsi) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur".

Zəka 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31