7 nəfərin olduğu vertolyot televiziya qülləsinə çırpıldı: Sağ qalan olmayıb - YENİLƏNİB - VİDEO
Vertolyot havanın dumanlı olduğuna görə İstanbulun Büyükçekmece ərazisindəki TUYAP sərgi mərkəzinin yaxınlığındakı televiziya qülləsinə çırpılıb. Büyükçekmece bələdiyyə sədri Akgünün dediyinə görə, qəza nəticəsində 5 nəfər ölüb. Milli.az NTV-yə istinadla xəbər verir.
10 Mart 2017 13:32 Dünya7 nəfərin olduğu vertolyotdan sağ qalan olmayıb. Ölənlərdən ikisi pilot, dördü əcnəbi olub. Yanğınsöndürən helikopter olduğu deyilən vertolyot Türkiyənin "Eczacıbaşı" holdinqinə aiddir. Milli.Az NTV-yə istinadla xəbər verir.
Vertolyot havanın dumanlı olduğuna görə İstanbulun Büyükçekmece ərazisindəki TUYAP sərgi mərkəzinin yaxınlığındakı televiziya qülləsinə çırpılıb.
Büyükçekmece bələdiyyə sədri Akgünün dediyinə görə, qəza nəticəsində 5 nəfər ölüb. Milli.az NTV-yə istinadla xəbər verir.
***
İstanbulda vertolyot qəzaya uğrayıb. İstanbulun Beylikdüzü səmtində qülləyə çırpılan yanğın söndürmə vertolyotu yerə düşüb. Ölənlər və yaralılar barədə məlumat yoxdur. Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasetmə qrupları cəlb edilib. DHA-nın məlumatına görə vertolyotda 7 nəfərin olduğu ehtimal edilir. Bu barədə Milli.az "Sözcü"yə istinadən xəbər verir.