Gündəm
ƏSA Teatrında dəyişiklik
Sürücülərə qarşı reyd - Sərnişinlər endirilir - VİDEO
Ötən gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzadan sonra "20 Yanvar" dairəsindən Sumqayıta gedən mikroavtobuslarla bağlı reyd aparılır. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) apardığı reyd zamanı sürücülərin sənədləri yoxlanılıb, mikroavtobusların içindəki sərnişin sayı qeyd olunub.
Həmsədrlər martın 27-də Ermənistana və Dağlıq Qarabağa səfər edəcək
ATƏT-ın Minsk qrupunun həmsədrləri martın 27-də Ermənistana və işğal olunmuş Dağlıq Qarabağa səfər edəcək. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
Bu qidalar damar tıxanmasının qarşısını alır - SİYAHI
Damar tıxanması ucbatından hər gün insanlar həyatını itirir. Mütəxəssislər bildirir ki, damar tıxanmasının qarşısını almaq üçün sağlam qidalanmaq vacibdir. Damar tıxanmasının qarşısını alan qidalar.
XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilk missiyasını davam etdirməyə hazırdır
Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə vasitəçilik missiyasını davam etdirmək niyyətindədir. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ üzrə əvvəlki bütün razılaşmaların gözlənilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mühüm addımdır.
İnformasiya azadlığının hüququi bazası genişləndirilir
Azərbaycanda söz, fikir və informasiya azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Xüsusən, bu sahəni tənzimləyən qanunvericilik aktları daha da təkmilləşdirilir.
Külli miqdarda dollar və qızıl külçələri çıxarmaq istəyənlər saxlanılıb
Külli miqdarda xarici valyuta və qızıl külçələri qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısı alınıb.
“Bizim Evin Qonaqları” – nda növbəti görüş
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin H.Sarabski adına Mədəniyyət Evinin “Bizim Evin Qonaqları” rubrikasının növbəti qonağı Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Ateşesi və direktoru Ahmed Sami Elaydi ilə görüş keçirilib. Baş İdarədən “Olaylar” – a bildirlib ki, görüş Binəqədi Mərkəzi mədəniyyət evində baş tutub.
Uşaq Filarmoniyasının Sankt-Peterburq şəhərində
Mart ayının 14 – də Rusiyanın Sankt - Peterburq şəhərində «Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyat» şəhər ictimai birliyinin hər il Novruz bayramı ərəfəsində keçirdiyi xeyriyyə tədbiri bu il də qeyd olunacaq.Keçiriləcək tədbirdə ölkəmizi bu dəfə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı təmsil edəcək.
“Azərbaycan güzəştə gedə biləcəyi ən son nöqtəni belə göstərib”
“Son günlər keçirilən bir sıra yüksək səviyyəli görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir ümidverici fikir səsləndirilməyib”. Bunu siyasi məsələlər üzrə ekspert Elçin Mirzəbəyli deyib. O bildirib ki, xüsusilə də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun tərəflərin razılaşmadan çox uzaq olduğunu bildirməsi danışıqlar prosesinin davam etdirilməsində müəyyən ciddi problemlərin olduğunu ortaya çıxardı: “Tərəflər arasında razılaşdırılmayan məsələlər fundamental xarakter daşıyır və tənzimlənmə prosesinin təməl sütununu təşkil edir. Əgər onlar ətrafında razılaşma yoxdursa, digər məsələlərin hamısı təfərrüatdır. Yəni xırda detallardır ki, bunlar da müəyyən qədər razılaşdırılıb.
Əflatun Amaşov: “İnternet məkanı tənzimlənməlidir”
“Azərbaycanın həm daxilində, həm də ölkədən kənarda bəzi şəxslər, qurumlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri məhdudlaşdırma kimi qiymətləndirməkdə maraqlıdırlar”. “Olaylar” xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov sözügedən qanuna dəyişikliklərin qəbulu zamanı deyib.
Spiker: “Ay Zahid, keç kimə “uçeniya” keçmə”
Deputat Zahid Orucla Milli Məclis sədri Oqtay Əsədov növbəti dəfə mübahisə edib. “Olaylar” xəbər verir ki, belə ki, parlamentin iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat reqlamentlə çıxış üçün nəzərdə tutulan vaxtın 10 dəqiqədən 5 dəqiqəyə endirilməsinə etirazını bildirib
Nazir iclası yarımçıq tərk etməli olub
Martın 10-da Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası yarımçıq tərk etməli olub.“Olaylar” xəbər verir ki, buna səbəb nazirin vacib məsələ ilə bağlı ölkə Prezidentinin yanına çağırılması olub.Məlumatı parlamentin iclasına sədrlik edən spiker Oqtay Əsədov verib. O deyib:“Biz Səlim müəllimi də müzakirələrə dəvət etmişdik. Ancaq, o, üzrlü səbəblərdən iclası yarımçıq tərk etməli oldu, onu ölkə Prezidenti çağırdı. Biz müzakirələrə başlayaq, Səlim müəllimin müavini də gəlməlidir, gələndə ona da söz verərik”.
Danışıqların hazırki durumu sülhü yaxınlaşdırmır
Prosineçki hava limanında əsəbiləşdi
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Qətərlə oyundan qayıtdıqdan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanını əsəbi tərk edib. Buna xorvatiyalı mütəxəssisin müsahibə üçün tərcüməçisi Aydın Rüstəmovu uzun müddət gözləməsi səbəb olub.














