“Bizim Evin Qonaqları” – nda  növbəti görüş

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin H.Sarabski adına Mədəniyyət Evinin “Bizim Evin Qonaqları” rubrikasının növbəti qonağı Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Ateşesi və direktoru Ahmed Sami Elaydi ilə görüş keçirilib. Baş İdarədən “Olaylar” – a bildirlib ki, görüş Binəqədi Mərkəzi mədəniyyət evində baş tutub.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin H.Sarabski adına Mədəniyyət Evinin "Bizim Evin Qonaqları" rubrikasının növbəti qonağı Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Ateşesi və direktoru Ahmed Sami Elaydi ilə görüş keçirilib. Baş İdarədən "Olaylar" - a bildirlib ki, görüş Binəqədi Mərkəzi mədəniyyət evində baş tutub.

İlk öncə qonaqlar Misir sərgisi və Nəsimi rayon MKS -nin 3 sayli filialının təşkil etdiyi Azərbaycan sərgisinə baxış keçirdilər. Tədbirə qonaq qismində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci Vitse prezidenti Rasim Məmmədov və Mərkəzin Xarici Əlaqələr şöbəsinin rəhbəri Nəcəf Qənbərov, AMEA-nın Nizami adına Ədəbiyyat institutunun professoru Imamverdi Həmidov, Nəsimi rayon HİK-nin sədri Aygün Məmmədova, kitabxana və mədəniyyət evlə\rinin direktorları iştirak ediblər.

Rubrikanın ənənəsinə sadiq olaraq musiqili qonaq qismində tanınmış rəqqas İlham və Röya cütlüyün ifasında Misir və Azərbaycan rəqsləri təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31